Məhkəmə qərarları › İş №3(002)-666/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-666/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-666/2022 07.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X5, Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru X6, Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkilləri polis mayoru X10 və polis kapitanı X4, Şikayət verən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, 09 dekabr 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 38-ci PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X11 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 07 iyun 2022-ci il tarixdə, saat 09:30 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərdiyinə görə onun barəsində 07 iyun 2022-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru X12 öz izahatında bildirmişdir ki, X3 polis bölməsinə müraciət edərək Şəxs onu və uşaqlarını öldürəcəyi ilə hədələdiyini bildirmiş və sonuncunun barəsində tədbir görülməsini xahiş etmişdir. Toplanmış material tədbir görülməsi üçün aidiyyatı üzrə Qaradağ rayon Prokurorluğuna göndərilmiş və əlavə araşdırmanın aparılması üçün material yenidən 38-ci PB-na qaytarılmışdır. X8 tərəfindən daha üç dəfə eyni məzmunlu şikayət daxil olduqdan sonra o, şikayəti icraatına qəbul etmiş, lakin barəsində şikayət verilən şəxs Şəxs polis bölməsinə gəlməkdən imtina etdiyi üçün onun gətirilməsi üçün 02 iyun 2022-ci ildə əməliyyat tapşırığı vermiş, HK-1-331 saylı məlumat əsasında toplanmış material üzrə 38ci PB-nın CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X15 rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 13, mənzil 30 ünvanında yaşayan Şəxs təhqiqata təmin edilməsi 03 iyun 2022-ci il tarixdə tapşırıq verilmişdir. 07 iyun 2022-ci il tarixdə, saat 09:43-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən özünü Fuad kimi təqdim edən şəxs (Şəxs) zəng edərək Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru X10 ünvanına nalayiq ifadələr işlədərək onu “ləyaqətsiz” adlandırmış və polis bölməsinə gəlməyəcəyini bildirmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkilli polis mayoru X13 öz izahatında qeyd etmişdir ki, 03 iyun 2022-ci il tarixdə 38-ci PB-nın əməliyyat müvəkkili, polis kapitanı Elnur Süleymanovla birlikdə icraatında olan Qaradağ RPİ-nin 38-ci PB-nın təhqiqatçısı, polis mayoru Fariz İldırımovun əməliyyat tapşırığında adı çəkilən Şəxs polis bölməsinə təmin edilməsi üçün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladıqda vətəndaş Şəxs polis bölməsinə gəlməkdən imtina edərək onun və ümumilikdə polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, polis kapitanı Elnur Süleymanovla birlikdə Şəxs məxsus marketə getmiş, satıcıdan Şəxs harda olduğunu soruşmuşlar. Satıcı Şəxs harda olduğunu bilmədyini demiş, bundan sonra onlar mağazanı tərk edərək Şəxs ona zəng edərək: “siz kimsiniz ki, mənim arxamca gəlmisiniz, mənim qapıma gələnin ağzını cıraram” demişdir. Bundan sonra onlar Şəxs yaşadığı ünvanın qarşısına getmişlər. Orada Şəxs görmüş və yaxınalışıb özlərinin təqdim edərək onu polis bölməsinə dəvət etdikdə Şəxs polisin qanuni tələbinə tabe olmamış, onlara qarşı nalayiq ifadələr işlətmiş və “məni polis bölməsinə aparanın ağzını .... belə-belə edərəm” demişdir. Eləcə də əl-qol ataraq müqavimət göstərmiş və avtomaşına əyləşməkdən imtina etmişdir. Odur ki, həmin şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X9 öz izahatında oxşar izahat verərək bildirmişdir ki, Şəxs barəsində Polis Bölməsinə daxil olan əməliyyat tapşırı ilə bağlı polis mayoru X13 ilə birlikdə Şəxs yaşadığı ünvana getmişlər. Onu polis bölməsinə dəvət edərkən sonuncu Polis Bölməsinə getməkdən imtina etmiş, polisin qanuni tələblərinə tabe olmamış, Elmar Xəlilovun və ümumilikdə polisin ünvanına nalayiq ifdələr işlətmişdir. Odur ki, həmin şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şikayət verən şəxs X3 bildirmişdir ki, iki övladı ilə birlikdə Sahil qəsəbəsində özünə məxsus mənzildə yaşayır. Şəxs 2021-ci ilin yayından tanımış, aralarında qeyri-rəsmi münasibət olmuşdur. 2021-ci ilin yanvarına kimi sonuncu ilə birlikdə yaşasa da Fuadın qısqanclığı və özünü qeyri-normal aparması səbəbindən ondan ayrılmaq qərarına gəlmiş, lakin Fuad ondan ayrılmaq istəmədiyindən ona müxtəlif yollarla, öldürməklə, yaşadığı ərazidə rüsvay etməklə dəfələrlə hədə qorxu gəlmişdir. Bütün bunların nəticəsində 03 aprel 2022-ci il tarixdə adını bilmədiyi bir sıra dəman preparatları qəbul edərək özünü öldürmək istəmişdir. Bununla bağlı müvafiq araşdırmalar aparılsa da heç bir nəticəsi olmamış və Şəxs ona qarşı nalayiq hərəkətlərini davam etdirmiş, ləyaqətini mütəmadi olaraq alçaldaraq onu öldürməklə hədələmişdir. Bununla bağlı “Whatsapp” proqramında olan yazışmaları da məhkəməyə təqdim edir. Bütün bunların nəzərə alınaraq Şəxsun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında özünü qismən təqsirli bilərək göstərmişdir ki, iki il bundan qabaq X3 ilə tanış olmuş, aralarında qeyri-rəsmi münasibət olmuş, daha sonra ayrılmışlar. Bundan sonra Süleymanova Safina özü onunla barışmağa cəhd etmiş və yenidən bir araya gəlmişlər. Daha sonra sonuncunun başqa bir nəfərlə münasibəti olmasından şübhələnmiş, nəticədə təkrarən ayrılmışlar. Süleymanova Safina onun atasına zəng vuraraq guya onun Süleymanova Safinanı öldürməklə hədələdiyini bildirmişdir. Məhkəmə iclasında iki gün qabaq aldığı məktubda özünün polis bölməsinə dəvət edildiyini öyrənmiş, Qaradağ RPİ-nin təhqiqat şöbəsinin rəisi “Bahadur” ilə əlaqə saxladıqda “Bahadur” ona 38-ci PB-na getməməsini, Qaradağ RPİ-yə gəlməsini bildirmişdir. Həmin vaxt Xəlilov Elmar da ona yaxınlaşaraq 38-ci PB-na gəlməli olduğunu bildirmişdir. Telefonla Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru X12 da onunla danışarkən Elmar Xəlilovun ona qarşı tərbiyyəszilik göstərdiyini demiş, polisə qarşı hər hansı bir müqavimət göstərməmiş və əsəbiləşdiyi üçün ünvansız nalayiq ifadələr işlətmişdir. Odur ki, barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə, toplanmış inzibati materialları nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı X1 mobil telefondan çıxarış edərək məhkəməyə təqdim etdiyi və tərəflərin mübahisələndirmədiyi çoxsaylı “Whatsapp” yazışmalarından da göründüyü kimi Şəxs mütəmadi olaraq X2 və ailə üzvlərini şantaj etməklə, öldürməklə hədələmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyəyn edilmişdir ki, Şəxs həqiqətən də qərəzli olaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 07 iyun 2022-ci il tarixdən saat 12:40-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar