Məhkəmə qərarları › İş №3(002)-667/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-667/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-667/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X8 Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı Qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4.000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilməsinə əsas X4 onun işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM, Şirniyyat zonasında 6-7 sıra arasında 62 nömrəli “Brend-Telekom” adlı mağazada və bu mağazanın anbarında əmək müqaviləsi bağlanılmadan ümumilikdə 1 gün sınaq müddəti kimi saat 09:00-dan saat 13:00-dək satıcı kimi işləməsi göstərilmişdir. X5 işçi kimi götürməmiş və buna görə də aralarında əmək müqaviləsi bağlanmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 çıxışı zamanı izahat verərək, bildirmişdir ki, X7 onun mağazasına qonşu mağazada işləyən rəfiqəsi ilə gələrək ona məxsus mağazada bir neçə saat gözləməsi üçün icazə almışdır. O da onun mağazasının yaxınlığında işləyən xanım tanışına Z.A.Tağıyevanın ona məxsus mağazada gözləməsinə razılıq vermiş və sonuncu 2-3 saatdan sonra mağazadan getmişdir. Bundan sonra bir daha onu görməmiş və mağazada olduğu müddətdə onu heç bir işə cəlb etməmişdir. Mağazanın sahəsi kiçik olduğundan onun işçi olaraq satıcı və ya xadiməçiyə ehtiyacı yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq, X11 bildirmişdir ki, Qaradağ rayon prokurorluğunda verdiyi izahatı oxumadan imzalamış və bu səbəbdən məhkəmə iclasında verdiyi izahatının əsas götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X11 tərəfindən əmək müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, həmin iş Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon prokurorluğunda araşdırılarkən X7 və X11 öz izahatlarında Z.A.Tağıyevanən sonuncuya məxsus mağazada əmək müqaviləsi bağlanmadan əməyə cəlb olunduğunu qeyd etmişlər. Bu səbəbdən V.Y.Səfərlinin məhkəmə iclasında verdiyi ifadəsi özünümüdafiə xaraktrli olmaqla inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Odur ki, məhkəmədən şikayətin rədd edilməsini, qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaqla X7 şahid qismində dəvət edilsə də, o məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyib, xx.xx.2023-cü il tarixli 23-1- 2-2/313-0178-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X11 tərəfindən verilmiş şikayət rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X4 izahatından görünür ki, X11 tərəfindən xx.xx.2023-cü il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək ticarət mərkəzində "Şirniyyat zonasında" 6-7 sıraların arasında 62 nömrəli "Brend-telekom" adlı mağazada, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə sonuncuya məxsus Sədərək ticarət mərkəzində "Şirniyyat zonasında" 18-ci sırada yerləşən mağazanın anbarında əmək müqaviləsi bağlanmadan satıcı kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan X11 izahatından görünür ki, o, özünə məxsus olan ********** VÖEN əsasında təxminən 3 il yaxındır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək ticarət mərkəzində "Şirniyyat zonasında" 6-7 sıraların arasında 62 nömrəli "Brend-telekom" adlı mağazada telefon ləvazimatlarının satışı ilə məşğul olur. 2023-cü ilin sentyabr ayının ortalarında əvvəllər tanımadığı X7 həmin mağazada satıcı kimi gündəlik 20 manat müqabilində işlərin yerinə yetirilməsinə cəlb edilmiş, onunla Z.A.Tağıyeva arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Göründüyü kimi X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli 23-1-2-2/313-0178-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından, inzibati tənbeh vermə haqqında qərar, qərardan şikayət vermiş şəxsin izahatı və digər iş materialları ilə sübuta yetirilmiş və şikayətçi tərəfindən qeyd edilən pozuntunun törədilməməsini təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətdə göstərilən dəlillər iş materialları ilə təkzib olunduğundan, həmçinin qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən özünümüdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıması kimi qiymətləndirilir, verilmiş şikayət əsassız olduğundan təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edirəm ki, şikayət təmin edilməməli, X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar