Məhkəmə qərarları › İş №3(002)-668/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-668/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-668/2023 10.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resurları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Enerji Resurları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 04 aprel 2023-cü il tarixli, 13000-00193/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/012/000415 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC (**********) tərəfindən xx.xx.2021-ci il tarixli **********7060 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 13879,20 (on üç min səkkiz yüz yetmiş doqquz dollar iyirmi sent) ABŞ dolları, yani 23594,64 (iyirmi üç min beş yüz doxsan dörd manat altmış dörd qəpik) manat məbləğində olan mallar konsiqnasiya yolu ilə Türkmənistan Respublikasına ixrac edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının fiziki şəxslər tənzimlənməsi" qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Buna baxmayaraq daxil olmuş raportda bəyannamənin 20, 24 və 37-ci qrafaları əsas gətirilərək valyutanın bu günədək müvəkkil hesaba daxil olmadığı göstərilmişdir. Lakin, fərmanda göstərilən müddətin bitməsinə baxmayaraq hüquqi şəxs tərəfindən yuxarıda qeyd edilmiş gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesablarına hər hansı vəsait daxil olmamışdır. Araşdırma müddətində hüquqi şəxs tərəfindən təqdim edilən ödəniş sənədinə əsasən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilmiş qaytarılmayan 13879,20 (on üç min səkkiz yüz yetmiş doqquz dollar iyirmi sent) ABŞ dolları məbləğində xarici valyutanın 10875,20 (on min səkkiz yüz yetmiş beş dollar iyirmi sent) ABŞ dollarından ibarət hissəsinin ödənişi həyata keçirilmişdir. Bu faktı hüquqi şəxsin ixracına aid olan "Konsiqnasiya əməliyyatları üzrə hesabat-test" Forma 392.1 sənədi də təsdiq edir. Lakin həmin sənədə əsasən qalıq məbləğ kimi görünən, 3004 (üç min dörd) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ödənişi hələ də təmin olunmamışdır. Azerbaycan Respublikası İXM-in 483-cü maddesinə əsasən, xarici iqtisadi fealiyyetin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azerbaycan Respublikasının müvəkkil edilmiş olunmuş banklarının hesablarına mocburi qaydada köçürülməli olan az miqdarda xaric valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyet müəyyən edilir. Həmçinin, maddənin qeyd hissəsində göstərilmişdir ki, bu məcəllənin 483-cü maddədə göstərilen "az miqdarda" dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə, hüquqi şəxs tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkib əlamətləri olduğuna görə "xxxx" MMC barəsində həmin maddə ilə 13000-00193/23 saylı inzibati iş üzrə inzibati icraat başlanaraq araşdırma aparılmışdır. Hüquqi şəxsin nümayəndəsi qismində, X1 izahatı alınaraq toplanan materiala əlavə edilmişdir. Sonuncu izahatında qeyd edilən faktları təsdiqləyərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli **********7060 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş malların müqabilində qaytarılmalı olan qalıq borc kimi görünən 3004 (üç min dörd) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti ixrac edilmiş malların daşınma xərcidir və əslində qaytarılmışdır. Belə ki, müvafiq müqavilələr əsasında daşıma xərcini daşınma işlərini həyata keçirən firma ödəyir. Buna baxmayaraq daşınma xərcləri ödənilərkən ödənişin təyinatı və əsası göstərilmədiyindən 3004 (üç min dörd) ABŞ dolları məbləğində vəsait qalıq borc kimi görünməkdədir. Nəticədə toplanmış materiala, həmçinin "xxxx" MMC tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC və Enerji Resurları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC və Enerji Resurları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ağrılaşdırıcılar zavodu ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyəri olan 3004 (üç min dörd) ABŞ dolları məbləğinin əlli faizi miqdarında, yəni 1502 (bir min beş yüz iki) ABŞ dolları məbləğində (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar