Məhkəmə qərarları › İş №3(002)-669/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-669/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-669/2024 14.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş 25 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan X4 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən tərtib edilmiş 25 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis polkovnik-leytenantı X3 tərəfindən 25 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu İXM-nin 327.1, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə barəsində 300 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o 25 avqust 2023-cü il tarixdə saat 17:58-də Bakı-Quba yolunun 9-cu km-də "X5" markalı 90-XZ- 292 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə raiyət edilməməsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüqququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsi müəyyən edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşıdırıldığından 300 manat məbləğində cərimə edilmişdir. Onun nəqliyyat vasitələrini idarə etmək hüququ Qaradağ rayon məhkəməsinin qərarlarına əsasən 06 ay müddətinə məhdudlaşdırılsa da bütün cərimələrini 12 avqust 2023-cü il tarixdə ödəmişdir. Ödəniş edildiyinə görə onun cərimə olmasına dair BDYPİ-nin günahı səbəbindən portalda qeydiyyat aparılmamış və əsassız olaraq barəsində məhkəməyə müraciət edilmişdir. Onun barəsində məhkəməyə müraciət edilməsindən xəbəri olmamış və bunu bildikdən sonra məhkəməyə müraciət etmiş və məhkəmənin 12 sentyabr 2023-cü il tarixli qərarı ilə onun nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 ay məhdudlaşdırılmasına dair qərarların icraasına xitam verilmişdir. Barəsində 25 avqust 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun ödənilməmiş cəriməsi olmamışdır. Ödənilməmiş cəriməsi olmadığına görə qərarın icrasına da xitam verilməli idi. Ona görə də barəsində qəbul edilmiş 25 avqust 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar əsassızdır, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında işitrak edən şikayət vermiş şəxs X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, barəsində mövcud olan bütün cərimələri 12 avqust 2023cü il tarixdə ödəmiş və bundan sonra sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərarların icrasına avtomatik xitam verilməsini düşünərək avtomaşın idarə etmişdir. Lakin buna baxmayaraq o 2023-cü ilin avqust ayında barəsində sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərarların ləğv edilməsinə dair məhkəməyə müraciət etmiş və Qaradağ Rayon məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli və 11 sentyabr 2023-cü il tarixli qərarları ilə onun sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərarların icrasına xitam verilmişdir. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 25 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis polkovnik-leytenantı X3 tərəfindən 25 avqust 2023-cü il tarixli, EQ/ 16499236 saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 25 avqust 2023-cü il tarixli, EQ/ 16499236 saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki,, X4 25 avqust 2023-cü il tarixdə, saat 17:58-də Bakı şəhəri, Bakı-Quba yolunun 9-cu kilometrində "X5" markalı 90-XZ- 292 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bu zaman nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi İXM 332.3-cü maddəsi ilə təqsirli bilinərək elektron qaydada 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu törədilərkən şəxs üzrərində olan bütün inzibati cərimələrini artıq ödəmişdir. Bundan başqa məhkəmə araşadırması zamanı X4 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xətalar haqqında qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Normanın məzmunundan göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzbati pozuntular üzrə elektron qaydada inzabati qərarlar qəbul edilə bilər. Həmin maddədə isə İXM-nin 332.3-cü maddəsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, X2 istinad edilən İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan inzibati xətalara aid olmadığından bununla bağlı birbaşa elektron qərar qəbul edilməsi məqsədə müvafiq sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis polkovnik-leytenantı X3 tərəfindən 25 avqust 2023-cü il tarixli, EQ/ 16499236 saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 25 avqust 2023-cü il tarixli, EQ/ 16499236 saylı protokol üzrə inzibati tənbeh edilməsinə dair qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar