Məhkəmə qərarları › İş №3(002)-675/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-675/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-675/2025 28.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, xx.xx.1970-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yataqxana 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25235465 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin Şəxs və inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Belə ki, iş üzrə İXM-nin 327.1-ci maddəsi üzrə inzibati xətaya dair tənbeh xx.xx.2024cü il tarixdə tətbiq edilmiş və Şəxs inzibati tənbeh vermə haqqında qərarı qüvvəyə mindiyi gündən (cərimə qərarının 20 gün şikayət vermə müddəti hesablanmaqla qərarın icra müddəti başa çatmış olur) 3 ay ərzində, yəni xx.xx.2025-ci il tarixədək icra edə bilərdi. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən İXM-nin 327.1-ci maddəsi üzrə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən icra olunması üçün 3 ay gözlənilmədən, xx.xx.2025-ci il tarixdə İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə nəzərə alır ki, inzibati tənbeh vermə haqqında qərarının 20 gün şikayət vermə müddəti hesablanmaqla qərarın icra müddəti sonrakı gündən başa çatmış olur və qərar qüvvəyə minmiş hesab olunur. İnzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ərzində icra edilmədiyi halda İXM-nin 529.3-cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilməsi üçün əsas yaranır. Bununla da məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsi üzrə inzibati xəta hadisəsi törədilmədiyinə görə iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmamasını həll edir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar