Məhkəmə qərarları › İş №3(002)-677/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-677/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-677/2021 04.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuror vəzifəsini icra edən X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Şəxs" MMC barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən toplanmış 050-İX-21 saylı inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 30 aprel 2021-ci il tarixli qərardan və ona əlavə edilmiş materiallardan aydın olur ki, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN - **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X7 (FİN - 51FLV2U) MMC-nin direktoru səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya- epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2018-ci tarixli, 302 saylı Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermədiyi üçün Qida Təhlükəsizliyi institutu tərəfindən sertifikatlaşdırılmasından imtina edilmiş Ukrayna Respublikasından gətirilmiş ümumi çəkisi 21.000 kq (21 t) olan soğan məhsulunu satmış və bununla da, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozma inzibati xətasını törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs MMC-nin direktoru X4 05.01.2021-ci il tarixli İD********** nömrəli ərizə ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət edərək ölkəyə idxal edilmiş ümumi çəkisi 21.000 kq (21 t) olan soğan məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsini xahiş etmiş, X1 12.01.2021 -ci il tarixli, AZ-20012977/lab01-21001 nömrəli “Tədqiq (sınaq) nəticələrinə dair protokoluna əsasən təqdim edilmiş soğan məhsulunda “nitrafın miqdarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”də qeyd olunmuş sanitariya epidemioloji qaydalar və normativlərə cavab verməmiş, bu barədə X5 məlumat verilməsinə baxmayaraq, o, Bakı şəhəri, “Meyvəli bazarı” adlanan ərazidə idxal etdiyi soğan məhsullarını müxtəlif şəxslərə satmışdır. Qeyd olunanlar Azərbaycan Respublikası AQTA-nın Bakı Regional Bölməsinin Qeydiyyat və X6 böyük məsləhətçisi X8, Şəxs MMCnin direktoru X4 izahatları, X1 laboratoriya nəticələri və yoxlama zamanı toplanmış digər sənədlərlə təsdiqlənir. X1 Milli Referans Laboratoriyasının 12.01.2021 -ci il tarixli, AZ- 20012977/LAB01-21001 nömrəli sınaq protokoluna və rəyinə əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən idxal edilmiş soğanda nitratların qalıq miqdarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariyaepidemioloji qaydalar və normativlərdə meyvə-tərəvəz məhsullarının 1 kq-da nitratların maksimum yol verilən həddi 80 qr olduğu halda, 105mq/kq olduğundan məhsul istehlaka yararlı hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuror vəzifəsini icra edən X3 öz izahatında inzibati xəta haqqında qəbul edilmiş qərarı müdafiə edərək Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə təkrarən bildiriş göndərilsə də, hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə də məlumat təqdim edilməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, “Şəxs" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən toplanmış 050-İX-21 saylı inzibati material və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan X1 Milli Referans Laboratoriyasının 12.01.2021-ci il tarixli, AZ-20012977/LAB01-21001 nömrəli sınaq protokoluna /ə rəyinə əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən idxal edilmiş soğanda nitratların qalıq miqdarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya- epidemioloji qaydalar və normativlərdə meyvə-tərəvəz məhsullarının 1 kq-da nitratların maksimum yol verilən həddi 80 qr olduğu halda, 105mq/kq olduğundan məhsul istehlaka yararlı hesab edilməmişdir. İş materiallarında olan “Şəxs" MMC-nin direktoru X7 tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin rəisi Zaur Kərimova ünvanlanmış 15 fevral 2021-ci il tarixli izahatdan görünür ki, İD ********** nömrəli müraciətə əsasən ölkəyə idxal edilən 21000 kq soğan məhsulunun qida təhlükəsizliyi sertifikatı olmadan satışını həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. Məhkəmədə “Şəxs" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “Şəxs " MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, “Şəxs " MMC hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar