Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-678/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Rusiya Federasiyasının Petuşin vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İXM-nin 504-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş EP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, xx.xx.1995-ci il tarixdə Rusiya Federasiyası Petuşin şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 qeydiyyatda olanda və həmin ünvanda yaşayan Şəxs barəsində tərəfindən mülki dövriyyəsi məhdudlaşdırılmış istifadəsi yüksək səs-küy ilə müşahidə olunan, insan sağlamlığı üçün təhlükə törədən partlayıcı, tez alışan maddələrin və ya pirotexniki vasitələrin satışının həyata keçirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatını dəqiqləşdirmək məqsədilə yaradılmış əməliyyat qrupu 30 dekabr 2023-cü il tarixində saat 16:12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin avtodayanacağına getmişdir. Orada 2 mərtəbəli mağazanın qarşısında dayanmış "Mercedes Benz" markalı, **-EX-*** dövlət nömrə nişanlı minik avtomobilinə yaxınlaşaraq həmin avtomobili idarə edən sürücüyə özlərini təqdim etmiş, sürücunun Şəxs olduğu müəyyən olunmuş, bundan sonra həmin şəxsə nəqliyyat vasitəsinə baxış keçirmək istədiklərini bildirmişdilər. İlkin sorğu-sual zamanı, avtomobildə pirotexniki vasitələrın olub-olmadığı soruşulduqda, Şəxs yük yerində pirotexniki vasitələrin olduğunu bildirmişdir. Daha sonra nəqliyyat vasitəsi Aksızlı Mallar üzrə Baş Gömrük İdarəsinə gətirilərək videoçəkilişlə ətraflı baxış keçirilmiş və baxış zamanı sarı rəngli üzərində "Boss" yazılmış 14 ədəd, üzərində “Mega Pratika P 750”, 2 qutu olmaqla, 40 ədəd, üzərində “EK3” yazılmış 2 qutu olmaqla 40 ədəd uzərində "Explosive" yazılmış 2 qutu olmaqla 40 ədəd, üzərində "EK 100" yazılmış 3 qutu 108 ədəd zərində "Gold pearl" yazılmış 7 qutu 56 ədəd, üzərində "Crazy robots" yazılmış 4 qutu 48 ədəd üzərində "Ek 6207" yazılmış, 5 qutu 100 ədəd, üzərində "Mega Ek 23" yazılmış 2 qutu 40 aded üzərində "6207" yazılmış 2 qutu 40 ədəd, üzərində "TP 8" yazılmış 1 qutu 20 ədəd, üzərində "Ground bloom Flower yazılmış 120 ədəd, üzərində "Zenga" yazılmış 4 qutu 80 ədəd, üzərində "Ek 150” yazımış 2 qutu 72 ədəd, üzərində "Super Top" yazılmış 6 qutu 60 ədəd, üzərində "Magical Candlee ball” yazılmış 14 ədəd, üzərində "Roman candles" (SWL 0012) 5 ədəd, üzərində "Firevorks" yazılmış 14 ədəd üzərində "Roman candles" (SWL 0013) yazılmış 1 ədəd, üzərində "Roman candles" (WRC 510A) yazılmış 1 ədəd üzərində "Roman Candles" (GWL 0010) yazılmış 28 adad üzərində "K 1201 yazılmış 56 blok olmaqla, 560 qutu olmaqla, Azərbaycan Respublikasının gömruk ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmış, mülki dövriyyəsi məhdudlaşdırılmış istifadəsi yüksək səs-küy ilə müşahidə olunan insan sağlamlığı üçun təhlükə törədən partlayıcı, tez alışan maddələr və pirotexniki vasitələr aşkar edilmişdir. İnzibati xəta haqqında iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməklə tədqiqatların aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/19, 9/384 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş pirotexniki vasitələrın ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 1616,40 manat müəyyən edilir. Həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş pirotexniki vasitələrdən 10 ədədi laboratoriya tədqiqatında istifadə edilmişdir. Ekspert tədqiqatından sonra qalmış pirotexniki vasitələr saxlanılması üçun xx.xx.2024-cü il tarixli 3- 33-3300/2-000115/2024 nömrəli məktub ilə “Azərterminalkompleks Birliyi”nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən, Şəxs, X2 və X1 izahatlarından, Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/19 9/384 nomrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən, video çəkilişlərdən görünur ki, Şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş mülki dövriyyəsi məhdudlaşdırılmış istifadəsi yüksək səs-küy ilə müşahidə olunan insan sağlamlığı uçün təhlükə törədən partlayıcı, tez alışan maddələr və pirotexniki vasitələr aşkar edilmişdir. Belə ki, pirotexniki məmulatlar Azərbaycan Respublikasının 565 nömrəli 23 dekabr 2003-cü il tarixli Qanunu ilə "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövrivvədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxil edilmişdir. Məkəmə iclasında iştirak edən Şəxs öz izhatında göstərmişdir ki, inzibati xəta onun tərəfindən törədilmişdir, əməlindən səmimi peşmandır, əməlindən səmimi peşiman olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/19, 9/384 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş predmetlər səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələrdir və onların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 1616,40 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş CD diskdə olan görüntülərdən görünür ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən predmetlərə ətraflı baxış keçirilmiş və baxış zamanı sarı rəngli üzərində "Boss" yazılmış 14 ədəd, üzərində “Mega Pratika P 750”, 2 qutu olmaqla, 40 ədəd, üzərində “EK3” yazılmış 2 qutu olmaqla 40 ədəd uzərində "Explosive" yazılmış 2 qutu olmaqla 40 ədəd, üzərində "EK 100" yazılmış 3 qutu 108 ədəd zərində "Gold pearl" yazılmış 7 qutu 56 ədəd, üzərində "Crazy robots" yazılmış 4 qutu 48 ədəd üzərində "Ek 6207" yazılmış, 5 qutu 100 ədəd, üzərində "Mega Ek 23" yazılmış 2 qutu 40 aded üzərində "6207" yazılmış 2 qutu 40 ədəd, üzərində "TP 8" yazılmış 1 qutu 20 ədəd, üzərində "Ground bloom Flower yazılmış 120 ədəd, üzərində "Zenga" yazılmış 4 qutu 80 ədəd, üzərində "Ek 150” yazımış 2 qutu 72 ədəd, üzərində "Super Top" yazılmış 6 qutu 60 ədəd, üzərində "Magical Candlee ball” yazılmış 14 ədəd, üzərində "Roman candles" (SWL 0012) 5 ədəd, üzərində "Firevorks" yazılmış 14 ədəd üzərində "Roman candles" (SWL 0013) yazılmış 1 ədəd, üzərində "Roman candles" (WRC 510A) yazılmış 1 ədəd üzərində "Roman Candles" (GWL 0010) yazılmış 28 adad üzərində "K 1201 yazılmış 56 blok olmaqla, 560 qutu olmaqla, Azərbaycan Respublikasının gömruk ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmış, mülki dövriyyəsi məhdudlaşdırılmış istifadəsi yüksək səs-küy ilə muşahidə olunan insan sağlamlığı üçun təhlükə törədən partlayıcı, tez alışan maddələr və pirotexniki vasitələr aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərterminalkompleks Birliyinin direktoruna ünvanlanmış məktubdan görünür ki, sarı rəngli üzərində "Boss" yazılmış 14 ədəd, üzərində “Mega Pratika P 750”, 2 qutu olmaqla, 40 ədəd, üzərində “EK3” yazılmış 2 qutu olmaqla 40 ədəd uzərində "Explosive" yazılmış 2 qutu olmaqla 40 ədəd, üzərində "EK 100" yazılmış 3 qutu 108 ədəd zərində "Gold pearl" yazılmış 7 qutu 56 ədəd, üzərində "Crazy robots" yazılmış 4 qutu 48 ədəd üzərində "Ek 6207" yazılmış, 5 qutu 100 ədəd, üzərində "Mega Ek 23" yazılmış 2 qutu 40 aded üzərində "6207" yazılmış 2 qutu 40 ədəd, üzərində "TP 8" yazılmış 1 qutu 20 ədəd, üzərində "Ground bloom Flower yazılmış 120 ədəd, üzərində "Zenga" yazılmış 4 qutu 80 ədəd, üzərində "Ek 150” yazımış 2 qutu 72 ədəd, üzərində "Super Top" yazılmış 6 qutu 60 ədəd, üzərində "Magical Candlee ball” yazılmış 14 ədəd, üzərində "Roman candles" (SWL 0012) 5 ədəd, üzərində "Firevorks" yazılmış 14 ədəd üzərində "Roman candles" (SWL 0013) yazılmış 1 ədəd, üzərində "Roman candles" (WRC 510A) yazılmış 1 ədəd üzərində "Roman Candles" (GWL 0010) yazılmış 28 adad üzərində "K 1201 yazılmış 56 blok olmaqla, 560 qutu olmaqla, Azərbaycan Respublikasının gömruk ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmış, mülki dövriyyəsi məhdudlaşdırılmış istifadəsi yüksək səs-küy ilə muşahidə olunan insan sağlamlığı üçun təhlükə törədən partlayıcı, tez alışan maddələr və pirotexniki vasitələri saxlanc üçün Birliyin anbarına qəbul edilməsi xahiş edilmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 504-cü maddəsinə əsasən Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə predmeti olan məhsulların (malların) müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir və qərarın icrası Azərterminalkompleks Birliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın biləvasitə obyekti olan sarı rəngli üzərində "Boss" yazılmış 14 ədəd, üzərində “Mega Pratika P 750”, 2 qutu olmaqla, 40 ədəd, üzərində “EK3” yazılmış 2 qutu olmaqla 40 ədəd uzərində "Explosive" yazılmış 2 qutu olmaqla 40 ədəd, üzərində "EK 100" yazılmış 3 qutu 108 ədəd zərində "Gold pearl" yazılmış 7 qutu 56 ədəd, üzərində "Crazy robots" yazılmış 4 qutu 48 ədəd üzərində "Ek 6207" yazılmış, 5 qutu 100 ədəd, üzərində "Mega Ek 23" yazılmış 2 qutu 40 aded üzərində "6207" yazılmış 2 qutu 40 ədəd, üzərində "TP 8" yazılmış 1 qutu 20 ədəd, üzərində "Ground bloom Flower yazılmış 120 ədəd, üzərində "Zenga" yazılmış 4 qutu 80 ədəd, üzərində "Ek 150” yazımış 2 qutu 72 ədəd, üzərində "Super Top" yazılmış 6 qutu 60 ədəd, üzərində "Magical Candlee ball” yazılmış 14 ədəd, üzərində "Roman candles" (SWL 0012) 5 ədəd, üzərində "Firevorks" yazılmış 14 ədəd üzərində "Roman candles" (SWL 0013) yazılmış 1 ədəd, üzərində "Roman candles" (WRC 510A) yazılmış 1 ədəd üzərində "Roman Candles" (GWL 0010) yazılmış 28 adad üzərində "K 1201 yazılmış 56 blok olmaqla, 560 qutu olmaqla, Azərbaycan Respublikasının gömruk ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmış, mülki dövriyyəsi məhdudlaşdırılmış istifadəsi yüksək səsküy ilə muşahidə olunan insan sağlamlığı üçun təhlükə törədən partlayıcı, tez alışan maddələr və pirotexniki vasitələr müsadirə edilsin. Qərarın icrası “Azərterminalkompleks” Birliyinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-678/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-678/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver