Məhkəmə qərarları › İş №3(002)-68/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-68/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-68/2022 13.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətindən daxil olmuş müraciətin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Bakı və X4 X6 Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev, Qaradağ rayon məhkəməsinə müraciət edərək X7 müfəttişi X1 xəsətliyinin çox ağır vəziyyət alması,İran İslam Respublikasında təcili açıq ürək əməliyyatı olunmasının labüdlüyü və maddi vəziyyətinin olduqca aşağı səviyyədə olması səbəbindən onun barəsində qəbul edilmiş inzibati xəta haqqında cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş müraciəti və ona əlavə edilmiş tibbi sənədləri nəzərdən keçiirb hesab edirəm ki, müraciət geri qaytarılmalı və şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, ərazi adiyyatı qaydalarına əməl etməklə məhkəməyə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs şikayətlə müraciət etməli və şikayət ərizəsinə barəsində qəbul edilmiş inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarın surətini əlavə etməlidir. Buna görə də hazırki müraciətə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Daxil olmuş müraciətdən görünür ki, müvafiq qərardan şikayət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Bakı və X4 X6 Təbiət Qoruğunun direktoru Paşayev Ceyhun tərəfindən verilmişdir. Lakin müvafiq qərardan şikayət vermək hüququ barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsududur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin Bakı və X4 X6 Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev tərəfindən verilmiş müraciət geri qaytarılsın. X2 izah edilsin ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında protokol və qərarı şikayətinə əlavə etməklə hadisənin törədildiyi ərazinin yerləşdiyi rayonun məhkəməsinə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar