Məhkəmə qərarları › İş №3(002)-68/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-68/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-68/2023 29.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən X4, Qaradağ rayon X10 Şöbəsinin polis leytenantı X2 iştirakı ilə, X4 Qaradağ rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən tərtib olunmuş 03 yanvar 2023-cü il tarixli TP ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən tərtib olunmuş 03 yanvar 2023-cü il tarixli TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən 15 mart 2022-ci il tarixli protokol tərtib olunmuş və inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 03 yanvar 2023-cü il tarixli TP ******* saylı qərarı ilə o, İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü kilometrində qeyd olunan inzibati xətanın törədilməsini təsdiq edən qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələr ilə foto və ya video ARDİN Baş X10i İdarəsinin Mərkəzi İnformasiya Sisteminə məlumat ötürülməmiş, həmin inzibati hadisəsinin olub-olmaması və inzibati xətanın törədilib-törədilməsi məlum deyil, bundan başqa inzibati xətanın törədilməsi və bu barədə protokolun tərtib edilməsi qanunsuz və əsassız olmuşdur. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayətin dəlillərinə uyğun olaraq eyniməzmunlu izahat verərək şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon X10 Şöbəsinin polis leytenantı X3 bildirmişdir ki, qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qərarı müdafiə etdiyini və şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və videogörüntü ilə öz təsdiqini tapır. X9 Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. İş materiallarında olan hadisənin videogörüntüsünü əks etdirən diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, X7 idarə etdiyi “Kia Sorento” markalı **-OP-*** markalı avtomobil ilə sağda düzünə hərəkətdə olan “Toyota Prius” markalı **-LY-*** markalı avtomobilin qarşısına keçdiyi üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla da məkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci bəndinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Qaradağ rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən tərtib olunmuş 03 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar