Məhkəmə qərarları › İş №3(002)-681/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-681/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-681/2024 21.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X5 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 5WBP590), subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024cü il tarixdə barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-də araşdırma aparılan Şəxs müvafiq müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə apararkən yolda həmin şəxs özünü qeyri-adekvat apararaq polisin qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək, xx.xx.2024-cü il tarixdə barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-də araşdırma aparılan Şəxs müvafiq müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə apararkən yolda həmin şəxs özünü qeyri-adekvat apararaq polisin qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, gecə saatlarında evinin qapısını döyən polis əməkdaşları onu narkoloji müayinədən keçməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə dəvət edilmişdir. Lakin, o, heç bir müqavimət göstərmədən və ya nalayiq söz işlətmədən müayinədən keçmək üçün narkoloji mərkəzə gəlmişdir. Bundan sonra barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Həmçinin, bildirmişdir ki, heç bir narkotik vasitədən istifadə etmir. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona fiziki təzyiq və zorakılıq göstərilməmiş, lakin tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verərkən polis əməkdaşları ilə mübahisə etmiş, yaranmış səs-küyə digər polis əməkdaşları toplaşdıqdan sonra o sakitləşmişdir. Məhkəmə iclasında iştirak edən şahid 10-cu PŞ cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili X1 bildirdi ki, Şəxs narkotik vasitədən istifadə etdiyinə dair məlumat daxil olmuş və onu narkoloji mərkəzə müayinəyə cəlb etmişdirlər. Lakin, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə apararkən yolda həmin şəxs özünü qeyri-adekvat apararaq polisin qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan əlavə polis bölməsində olarkən səs-küy salmış, polis şöbəsinin normal iş fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən müdafiəçi X7 bildirdi ki, Şəxs narkotik vasitədən istifadə etməsi eləcə də polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməsi sübuta yetirilməmişdir. Şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis mayoru Sabir Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixdə barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-də araşdırma aparılan Şəxs müvafiq müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə apararkən yolda həmin şəxs özünü qeyri-adekvat apararaq polisin qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis mayoru Sabir Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raporta əsasən, 21 fevral 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Rəfail İmamverdiyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə xidməti ərazidə xidmət apararkən bir nəfər şəxsin Qaradağ rayonu. D.Bünyadzadə küçəsində narkotik sərxoşluğundan şübhələnib həmin şəxsə yaxınlaşmışdırlar. Polis əməkdaşları həmin şəxsə özlərini təqdim etidkdən sonra onu müvafiq araşdırma aparılması üçün polis şöbəsinə gətirmişdirlər. Raporta polis şöbəsinə gətirilərkən və gətiridikdən sonra həmin şəxsin yüksək səslə qışqıraraq nalayiq ifadələr işlətməsi və ictimai qaydanı kobud surətdə pozulmasına səbəb olduğu qeyd edilmiş və əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırma aparılmasını xahiş etmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.2002-ci il təvəllüdlü Şəxsdur. Tərtib edilmiş raport 10-cu PŞ-nin "Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı'da 551 sayı ilə qeydə alınaraq icraata qəbul edilmişdir. Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, müvafiq ekspert rəyinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib hissəsi olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması və Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi rədd edilmiş, həmin Məcəllənin 510-cu maddəsi əsasında inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə barəsində Qaradağ RPİ-nin 10cu PŞ-də araşdırma aparılan Şəxs müvafiq müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə apararkən yolda həmin şəxs özünü qeyri-adekvat apararaq polisin qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin narkotik sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli 616 saylı aktından görünür ki, Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2024-cü il tarixdə barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-də araşdırma aparılan Şəxs müvafiq müayinədən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə apararkən yolda həmin şəxs özünü qeyri-adekvat apararaq polisin qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, onun həmin əməlləri törətməsinə dair hər hansı əsaslı sübutlar təqdim edilmədiyindən, bundan əlavə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda onun məhz İXM-nin 510-cu maddəsi ilə cəlb edilməsinin qərara alındığını nəzərə alaraq, barəsində Məcəllənin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün də məhkəmə iclasında verdiyi ifadəsindən onun səs-küy salaraq polis şöbəsinin iş fəaliyyətini pozması halları müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsii ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar