Məhkəmə qərarları › İş №3(002)-681/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-681/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-681/2025 21.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025ci il tarixdə Əşrəfov X5 RPİ DYPŞ-nin polis əməkdaşlarını təhqir etmişdir. Polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə gətirilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, xx.xx.2025-ci il tarixdə Əşrəfov X5 RPİ DYPŞ-nin polis əməkdaşlarını təhqir etmişdir. Polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə gətirilmiş, raport əsasında barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, hadisə günü səhər saat 08:30 radələrində Lökbatan qəsəbəsi dəmir yolunun yerləşdiyi ərazidə avtomobil ilə qatarın keçməsini gözləyərkən, sərnişin qismində əyləşmiş atasının sənədlərinin evdə unudulması səbəbindən, sənədləri götürmək üçün 1.1 düz xəttinin tələbini pozub geriyə qayıtmaq istəmişdir. Yol hərəkəti qaydasını pozduğuna görə YPX əməkdaşları tərəfindən ona saxlanılmışdır. O YPX əməkdaşına inzibati törətməkdə təqsirli olduğunu etiraf etdiyini bildirmiş, lakin bu xətanın üzrlü hesab edilərək protokol tərtib edilməməsini xahiş etmişdir. Belə ki, polis əməkdaşına “insanlıq göstərin, protokol tərtib etməyin” söyləmiş, lakin YPX əməkdaşları onun bu cümləsini birmənalı qarşılamayaraq, təhqir kimi qəbul edib onun üzərinə yerimiş, onu və atasını təhqir etmişlər. Daha sonra X11 əməkdaşları hadisə yerinə dəvət olunaraq, o və atası 10-cu PŞ-nə gətirilmişlər və bundan sonra barəsində protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə vaxtı o, polisə qarşı heç bir müqavimət göstərməmişdir. Barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin DYPŞ yol-patrul xidməti inspektoru X4 bildirdi ki, hadisə günü ərazidə xidmətdə olarkən vətəndaş nəqliyyat vasitəsini idarə edərkən 1.1 düz xəttinin tələbini pozaraq sola dönüb geriyə manevr etməklə inzibati xəta hadisəsi törətmişdir. Bu səbəbdən barəsində tədbir görülməsi üçün saxla əmri verilmiş, onlara sürücü özü deyil atası yaxınlaşmışdır. Saxlanıldıqdan sonra xəta törədən vətəndaş barəsində protokol tərtib olunarkən, sonuncu onlara “insafsızınız, insan deyilsiniz” kimi sözlər söyləmiş və təhqi etmişdir. Tərəfindən dəfələrlə nizamintizama dəvət edilməsinə baxmayaraq, vətəndaş öz hərəkətlərinə davam etmişdir. Sonra hadisə yerinə ÇPA əməkdaşları dəvət edilərək, vətəndaş 10-cu PŞ-nə təmin edilmişdir. Polis şöbəsinə gətirilən zaman vətəndaş müqavimət göstərməmiş, hadisə yerinə digər vətəndaşlar toplaşmamışdır. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin DYPŞ yol-patrul xidməti inspektoru X3 digər şahidlə eyni məzmunlu ifadə verməklə, əlavə olaraq bildirdi ki, hadisə anının videogörüntüsü mövcud deyildir. Məhkəmə iclasında iştirak edən şahid X8 bildirdi ki, oğlu Pərvinlə Lökbatan qəsəbəsi, dəmir yolu xətlərinin yerləşdiyi ərazidə qatarın hərəkətinin bitməsini gözləyərkən sənədləri evdə unutduğu üçün oğluna geriyə qayıtmalı olduqlarını söyləmişdir. Bu səbəbdən oğlu geriyə qayıtmaq üçün inzibati xətaya yol vermiş və YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Pərvin polis əməkdaşları ilə danışan zaman “insanlıq göstərin, protokol tərtib etməyin” söyləmiş, lakin YPX əməkdaşları onun bu cümləsini birmənalı qarşılamayaraq, təhqir kimi qəbul edib onun üzərinə yerimiş və Pərvini təhqir edərək itələməyə başlamışdır. Polis əməkdaşı Pərvini və onu təhqir edərkən, bundan əsəbləşən oğlu polis əməkdaşları ilə qarşılıqlı mübahisəyə yol vermiş və bir-birilərini itələmişlər. Daha sonra ÇPA əməkdaşları vasitəsilə polis şöbəsinə təmin edilmişdir. Hadisə baş verən vaxt ətrafda digər vətəndaşlar toplaşmamışdır. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəis müavini Nicat İslamlıya ünvanlanmış xx.xx.2025-ci il tarixli raportuna əsasən xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində ərazidə xidmətdə olarkən bir nəfər vətəndaşın nəqliyyat vasitəsini idarə edərkən 1.1 düz xəttinin tələbini pozaraq sola dönüb geriyə manevr etməklə inzibati xəta hadisəsi törətmişdir. Bu səbəbdən barəsində tədbir görülməsi üçün saxla əmri verilmişdir. Saxlanıldıqdan sonra xəta törədən vətəndaş barəsində protokol tərtib olunarkən, sonuncu onlara “insafsızınız, insan deyilsiniz” kimi sözlər söyləmiş və təhqi etmişdir. Tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə rəğmən, vətəndaş öz hərəkətlərinə davam etmişdir. Hadisə yerinə ÇPA əməkdaşları dəvət edilərək, vətəndaş 10-cu PŞ-nə təmin edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Əşrəfov X5 RPİ DYPŞ-nin polis əməkdaşlarını təhqir etmişdir. Polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə gətirilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab olunur. Şahidlərin ifaədlərinə əsasən Şəxs polislə mübahisə etməsi və narazılıq ifadə etməsi aydın olur. Lakin onun əməlində hər hansı ictimai qaydanı pozan, zor tətbiq olunması ilə müşayiət olunan eləcə də digər vətəndaşların hadisə yerinə toplaşmasına səbəb olan hər hansı əməli müəyyən olunmur. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən olundu ki, onun əməlində ictimai qaydanı pozan, digər vətəndaşları narahat edə biləcək halları sübut edəcək hər hansı fakt məhkəməyə təqim edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, onun həmin əməlləri törətməsinə dair hər hansı əsaslı sübutlar təqdim edilmədiyini nəzərə alaraq, barəsində Məcəllənin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs polisin xidmət aparmasına etiraz etmişdir. Bu səbəbdən onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin qanuni tələbinə tabe olmaması, onun xidmət aparmasına mane olması şahid ifadələrində öz əksini tapmışdır. Bu səbəbdən onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, barəsində ilk dəfə bu növ inzibati xəta ilə bağlı protokol tərtib edildiyini məsuliyyəti yüngülləşdirən hal kimi, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar