Məhkəmə qərarları › İş №3(002)-684/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-684/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-684/2022 09.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Qubdalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 8 saylı yataqxanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, borclu Şəxsnın barəsində protokol tərtib edərək, Qubadlı rayon Məhkəməsinin 2(028)-313/13 saylı, 23 sentyabr 2013-cü il tarixli, Qaradağ rayon Məhkəməsinin 2(002)-3376/16, 22 iyun 2016-cı il tarixli və Qubadlı rayon Məhkəməsinin 2(028)-569/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Qubadlı rayon Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli, 2(28)-313/2013 saylı icra vərəqəsinə əsasən 14 sentyabr 2009-cu il təvəllüdlü X8 və 02 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23 sentyabr 2013-cü ildən başlayaraq hər ay Şəxs 186 manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmişdir. Qubadlı rayon Məhkəməsinin 2(028)- 569/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Qubadlı rayon Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləği artırılaraq 14 sentyabr 2009-cu il təvəllüdlü X8 və 02 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq X6 ödənilməsi qət edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-3376/16, 22 iyun 2016-cı il tarixli icra vərəqəsinə əsasən Qaradağ rayon Məhkəməsinin 04 mart 2009-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmış, 14 mart 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 may 2016-cı il tarixdən başlayaraq X3 hər ay 118 manat miqdarında alimentin tutularaq X7 verilməsi qət edilmişdir. İcra vərəqələri icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu qeyd olunan icra vərəqələri üzrə icrasını uzun müddət davamlı olaraq icra etsə də Qubadlı rayon Məhkəməsinin 2(028)-569/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli icra vərəqəsini iki aydır ki, icra etmir. Qaradağ rayon Məhkəməsinin 2(002)-3376/16, 22 iyun 2016-cı il tarixli icra vərəqəsini isə 2022-ci ilin yanvarından icra etməmişdir. Buna görə də ümumilikdə 1308 manat aliment borcu yaranmışdır. Bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 09 iyun 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqələrindən xəbəri vardır. Belə ki, hər iki aliment borcu üzrə ödənişləri üç-dörd ay bundan əvvələdək vaxtlı-vaxtında ödəmişdir. Daha sonra işsiz qalmış və xəstə atasının vəziyyəti daha da ağırlaşdırığından çətin duruma düşmüşdür. Nəticədə qeyd olunan 1308 manat borcu ödəyə bilməmişdir. O, imkan yaradılacağı təqdirdə növbəti aydan vaxtlı-vaxtında ödənişlər edərək borcu bağlayacağını bildirmişdir. Bundan əlavə himayəsində xəstə atasının olduğunu, ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 09 iyun 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar