Məhkəmə qərarları › İş №3(002)-686/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-686/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-686/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs MMCnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********461 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2008-ci il “WFB334B2E80036489” şassi nömrəli “Feldbinder” markalı nəqliyyat vasitəsi 1 il müddətinə müvəqqətiixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək Gürcüstan Respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin başa çatmasına baxmayaraq cəmiyyətə məxsus nəqliyyat vasitəsi geri qaytarılmamışdır. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3300/012/000644 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası zamanı aydın olmuşdur ki, Şəxs MMC tərəfindən **********461 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilən malların müvəqqəti ixrac müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Nəticədə Şəxs MMC 23 gün müddətinə müvəqqəti ixrac gömrük prosedurunu pozmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "X5" MMC tərəfindən xx.xx.2023-ci il tarixli **********7461 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2008-ci il, "WFB334B2E80036489" şassi nömrəli, "Feldbinder" markalı nəqliyyat vasitəsi 1 (bir) il müddətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək Gürcüstan Respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin başa çatmasına baxmayaraq "X5" MMC tərəfindən nəqliyyat vasitəsi geri qaytarılmamışdır. xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X3 xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində Şəxs MMC-nin nümayəndəsi X1-sual olunması 11:00 başlanmış və 11:15-də qurtarmışdır. O, sorğu-sual zamanı qeyd etmişdir ki, işlədiyi Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********7461 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2008-ci il, , "WFB334B2E80036489" şassi nömrəli, "Feldbinder" markalı nəqliyyat vasitəsi 1 (bir) il müddətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək Gürcüstan respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin başa çatmasına baxmayaraq "X5" MMC tərəfindən nəqliyyat vasitəsi geri qaytarılmamışdır. İzahatına hər hansı əlavəsi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 499.1.2-ci maddəsinə əsasən, on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir; Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********461 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2008-ci il “WFB334B2E80036489” şassi nömrəli “Feldbinder” markalı nəqliyyat vasitəsi 1 il müddətinə müvəqqətiixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək Gürcüstan Respublikasına aparılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin başa çatmasına baxmayaraq həmin MMC tərəfindən nəqliyyat vasitəsi geri qaytarılmamışdır. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3300/012/000644 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası zamanı aydın olmuşdur ki, Şəxs MMC tərəfindən **********461 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilən malların müvəqqəti ixrac müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Nəticədə Şəxs MMC 23 gün müddətinə müvəqqəti ixrac gömrük prosedurunu pozmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar