Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-69/2023 30.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, "Səmayə" şirkətində muzdlu gündəlik fəhlə işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından müvafiq icazə olmadan 1 ədəd təklüləli ov silahı qanunsuz olaraq saxlamışdır. Bu barədə X12 İdarəsinin Abşeron XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, Xəzər dənizində Köhnə buruqlardan qalmış turba və dəmir tullantılardan təmizlənməsi üçün "Səmayə" şirkətində muzdlu gündəlik fəhlə işləyir. Təxminən 2 (iki) ay əvvəl Gil adası yaxınlığında işləyərkən fasilə vaxtında Gil adasına çıxmış, ərazidə gəzişərkən adanın arxa tərəfində uçurum adlanan ərazidə 1 (bir) ədəd qundağı sarı rəngdə taxtadan olan 16 çaplı tək lüləli, 160190 nömrəli ov tüfəngini sahibsiz halda daşların arasında yan üstə uzadılmış vəziyyətdə görmüşdür. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra tüfəngi götürüb təxminən 150-200 metr məsafədə barjanın yanında otların altında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08:10 radələrində X1 məxsus ƏL-1444 bort nömrəli qayıqla o, X3 və X5 "Səmayə" şirkətində işə getmək məqsədi ilə X16 Bölməsinin 33-cü yanalma körpüsündə sərhədçilərə yaxınlaşmışlar. Sərhədçilər tərəfindən qayığa və sənədlərə baxış keçirildikdən sonra dənizə buraxılmışlar. "Səmayə" şirkətinin göstərişi ilə "Bulla" adası ətrafında dənizdə olan köhnə buruqlardan qalmış boruların, dəmirlərin çıxarılıb "Mirqasım" və "Çıraq-qala" gəmilərinə yüklənilməsində iştirak etmişlər. İşləri bitdikdən sonra sahilə qayıdarkən Mübariz Xanmirzəyevdən qayığı "Gil" adasına sürməsini və adada barjanın yanında gizlətdiyi ov tüfəngini götürüb evə gətirmək istədiyini bildirmişdir. Onlar Gil adasının arxa tərəfində uçurum adlanan ərazisinə yan almışlar. O, tək qayıqdan düşüb gizlətdiyi yerdən ov tüfəngini götürüb qayığa mindikdən sonra sahilə tərəf hərəkət etmişlər. ƏL-1444 bort nömrəli qayıqla qeydiyyatda olduqları 33cü yanalma körpüsünə yan aldıqda sərhədçilər onları qarşılayıb qayığa və sənədlərə baxış keçirdikdə qayıqda olan qundağı sarı rəngdə taxtadan olan 16 çaplı tək lüləli, 160190 nömrəli ov tüfəngini görüb tüfəngin sənədlərini təqdim etməsini istəmişlər. Sonra o, fikrini dəyişmiş, silahı aparıb polisə təhvil verəcəyini demişdir. Sərhədçilər tüfəngi akt əsasında götürüb onları Ələt bölməsinə dəvət etmişlər. İnzibati xətanı törətməsindən səmimi peşman olduğunu və barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, 3(002)-69/2023 saylı bildirişdən görünür ki, Nəqliyyatda Baş Polis İdarəsinin X12 İdarəsinin hüquqi ünvanı ünvan 2ayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (19 yanvar 2023-cü il tarixli reyestr nömrəsi 2). İş materiallarında olan Mərkəzi regional şöbəsinin rəisi Zaur Gülməmmədova ünvanlanmış 16 dekabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30-də Ələt sahil nəzarəti bölməsinin 33-cü yanalma körpüsündə "ÜVR" sərhəd naryad xidmətini təşkil edən gizir C.Hüseynzadə tərəfindən “ƏL-1444" bort nömrəli "taxta" tipli, "yamaha-55" mühərrikli 3(üç) nəfər heyət üzvü olan qayıq dənizdən qayıdıb 33-cü yanalma körpüsünə yan alarkən saxlanılaraq qayığa baxış keçirilmiş, baxış zamanı qayıqda 1 (bir) ədəd 16 çaplı qundağı sarı rəngli taxta materialından olan 160190 nömrəli təklülə ov silahı aşkar olunmuşdur. "Ələt” sahil nəzarəti bölməsinin rəisi mayor X6, "Ələt" sahil nəzarəti bölməsinin nəzarətçiləri gizir X4, gizir X7, ƏL- 1444 nömrəli qayığın heyət üzvləri Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi sakinləri xx.xx.1982-ci il təvəllüdlü X3, xx.xx.1982-ci il təvəllüdlü Şəxs və xx.xx.1980-ci il təvəllüdlü X2 iştirakı ilə aşkar olunmuş sənədsiz tək lülə ov silahı müvafiq akt əsasında qayıqdan götürülərək, heyət üzvləri ilə birlikdə Ələt SNB-nə gətirilmişdirlər. Vətəndaş Şəxs öz izahatında bildirdi ki, təxminən 2 (iki) ay əvvəl Gil adası yaxınlığında işləyərkən fasilə vaxtı Gil adasına çıxmış ərazidə gəzişərkən adanın arxa tərəfində uçurum adlanan ərazidə 1 (bir) ədəd 16 çaplı tək lüləli, 160190 nömrəli ov tüfəngini sahibsiz halda daşların arasında yanı üstə uzadılmış vəziyyətdə görmüş, ətrafa baxmış, heç kimin olmadığına əmin olduqdan sonra tüfəngi götürüb təxminən 150-200 metr məsafədə barjanın yanında otların altında gizlətmişdir. Qayığın digər üzvləri X3 və X2 verdikləri izahatlarda isə bildirirlər ki, biz ov tüfənginin vətəndaş Şəxs məxsus olduğunu biliblər, Şəxs adadan silah tapması barədə məlumatları olmamışdır. Qeyd olunanlarla əlaqədar toplanmış materialların müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan baxış keçirmə və götürülmə haqqında 16 dekabr 2022-ci il tarixli 2 nömrəli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində ƏL-1444 bort nömrəli qayıq dənizdən qayıdaraq Ələt SNB-nin 33-cü yanalma körpüsünə yan alarkən qayığa baxış keçirilmişdir. Baxış zamanı ƏL-1444 nömrəli qayıqdan 1 (bir) ədəd qundağı sarı rəngli taxta materialından olan 160190 nömrəli təklülə ov silahı aşkar olunmuş, həmin təklülə ov silahı qayıqdan götürülərək Ələt SNB-nə aparılmış, ƏL-1444 nömrəli qayığa baxış keçirilərkən əlavə hər-hansı bir predmet, əşya aşkar olunmamışdır. İş materiallarında olan Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadəyə ünvanlanmış 19 dekabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində "Ələt" sahil nəzarəti bölməsinin 33-cü yanalma körpüsündə üzmə vasitələrini rəsmİləşdirərkən sərhəd naryadı xidmətini təşkil edən gizir Cavidan Hüseynzadə tərəfindən 33-cü yanalma körpüsünə yan alan ƏL-1444 bort nömrəli taxta qayığa baxış keçirilən zaman 1 (bir) ədəd 16 mm çaplı, qundaq hissəsi taxta materialdan olan sarı rəngli, tək lüləli (160190) nömrəli sənədsiz ov silahı aşkar olunmuşdur. Qeyd olunanlar ilə əlaqədar olaraq ƏL-1444 bort nömrəli taxta qayığın 3(üç) nəfər heyət üzvləri "Ələt" qəsəbəsi sakinləri xx.xx.1982-ci il təvəllüdlü X3, xx.xx.1982-ci il təvəllüdlü Şəxs və xx.xx.1980-ci il təvəllüdlü X2 iştirakı ilə aşkar olunmuş ov silahı qayıqdan götürülərək tərtib olunmuş müvafiq akt əsasında, heyət üzvləri ilə birlikdə araşdırılması üçün bölməyə gətirilmişlər. Qayığın heyət üzvlərindən olan vətəndaş Şəxs öz yazılı izahatında bildirmişdir ki, qeyd olunan ov silahını "Gil" adasının arxa tərəfində "Uçurum" adlanan ərazidən tapıb və ƏL-1444 bort nömrəli taxta qayıqla sahilə çıxarmışdır. Qayığın digər iki üzvləri vətəndaş X3 və vətəndaş X5 aşkar olunmuş ov silahının vətəndaş Şəxs məxsus olması barədə məlumatlı olmalarını bildirmişlər. Vətəndaş Şəxs qayığın digər 2 (iki) heyət üzvlərinə tapdığı ov silahı barədə məlumat verməmişdir. Aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan X12 İdarəsinin TQ-nun baş təhqiqatçısı polis mayoru X17 Nəqliyyat Polis İdarəsinin rəisi, polis polkovnik Rövşən Eyyubova ünvanladığı xx.xx.2022ci il tarixli raportdan görünür ki, 16 dekabr 2022-ci il tarixdə saat 13:30-da Sahil Mühafizəsinin «Ələt» sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizindən 33-cü yanalma körpüsünə çıxan «Yamaha-55» markalı mühərriklə təchiz edilmiş ƏL-1444 nömrəli qayığın heyət üzvləri saxlanılmış yoxlama zamanı Şəxs 1 (bir) ədəd təklülə tüfəng aşkar edilərək götürülmüşdür. Şəxs aşkar edilərək götürülmüş “3К” markalı 16 kalibrli Г- 60190 nömrəli ov tüfənginin Su NPİ-nin Növbətçi Hissəsinin silah anbarında saxlanılması üçün aidiyyətı üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Su NPİ-nin TQ-nun baş təhqiqatçısı polis mayoru X17 Nəqliyyat Polis İdarəsinin rəisi, polis polkovnik Rövşən Eyyubova ünvanladığı xx.xx.2023cü il tarixli raportdan görünür ki, 16 dekabr 2022-ci il tarixdə saat 13:30-da Sahil Mühafizəsinin «Ələt» sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizindən 33-cü yanalma körpüsünə çıxan «Yamaha-55» markalı mühərriklə təchiz edilmiş ƏL-1444 nömrəli qayığın heyət üzvləri saxlanılmış yoxlama zamanı Şəxs 1 (bir) ədəd təklülə tüfəng aşkar edilərək götürülmüşdür. Araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkib əlamətləri olması kifayət qədər sübuta yetirildiyindən barəsində inzibati qaydada ölçü götürülməlidir. Aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Kriminalistik Tədqiqatlar İdarəsinin 28 dekabr 2022-ci il tarixli, 22/763R nömrəli ekspert rəyindən tədqiqata təqdim edilmiş 01 ədəd Г-60190 nömrəli silah, keçmiş "SSRİ" dövlətində, 1950-ci ildə, silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işi başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsilə inzibati qaydada ölçü götürülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində vətəndaş Şəxs Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzərə dənizində qayıqda ona məxsus sənədsiz ov tüfəngi aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatını nəzərə alaraq və işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulduğundan, Şəxs inzibati xəta törətməsindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş materialları ilə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ondan götürülmüş və X12 İdarəsinin Növbətçi Hissəsinin silah anbarında saxlanılan 1 ədəd təklüləli ov silahı dövlət nəfinə müsadirə edilməklə 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan götürülmüş X12 İdarəsinin Növbətçi Hissəsinin silah anbarında saxlanılan 1 ədəd təklüləli ov silahı dövlət nəfinə müsadirə edilməklə 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası X12 İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-69/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-69/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver