Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-69/2025 08.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-131/2024 saylı, 03 dekabr 2024-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 08 yanvar 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X14 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-131/2024 saylı, 03 dekabr 2024-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı X2 cavabdeh Şəxs qarşı «nikahın pozulması, uşaqlarınının onun himayesinə verilməsi ve uşaqların saxlanılması üçün aliment tutulması» tələblərinə dair iddiası qismən təmin edilməsi, Şəxs ilə X6 arasında 31 oktyabr 2019-cu il tarixdə 4 saylı Bakı "ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 2571 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 iddiaçı X2 himayəsində və yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü İmanquliyev Rəhman Əlisǝfa oğlu cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaq atasından alınıb anasının himayəsinə verildiyi tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment cavabdeh İmanquliyev Əlisǝfa Ramiz oğlundan tutularaq iddiaçı X4 ödənilməsi, xx.xx.2018-ci il təvəllüdlü X5 müalicə xərcləri ilə əlaqədar hər ay 50 manat pul vəsaiti cavabdeh İmanquliyev Əlisǝfa Ramiz oğlundan tutularaq iddiaçı X4 ödənilməsi, 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi, ilk iddianın alimentlə bağlı təmin edilmiş hissəsinə mütənasib olaraq 78,80 manat məbləğində dövlət rüsumunun cavabdeh İmanquliyev Əlisǝfa Ramiz oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün 20 dekabr 2024-cü il tarixdə Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 20 dekabr 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Bildirişin borclu tərəfindən rəsmi şəkildə alınmasına dair onda hər hansı rəsmi sübut yoxdur. Lakin alimentə dair hissə dərhal icra olunduğu üçün borclu icra şöbəsinə dəvət edilmiş və aliment borcunu ödməkdən imtina etdiyi üçün barəsində protokol tərtib edilmişdir. Bu günədək borclu tərəfindən borcundan hər hansı ödəniş edilməmiş və ödənilməli olan alimentin miqdarı 4320 manat təşkil edir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında Şəxs ödəməli olduğu 4320 manat aliment borcu məbləğindən heç bir ödəniş etmədiyini bildirərək sonuncunun barəsində ağır inzbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən icra şöbəsində olarkən, yəni 08 yanvar 2025-ci il tarixdə məlumatı olmuş, tələbin könüllü icrasına dair bildirişi hal-hazıradək almamış və həmin bildiriş ona rəsmi qaydada göndərilməmişdir. Yalnız üç gün bundan əvvəl istifadəsində olan mobil telefona bu gün üçün icra şöbəsinə gəlməli olduğu barədə bildiriş daxil olmuş və o da həmin bildirişə əsasən icra şöbəsinə gəlmişdir. O aliment borcunu ödəməyə o halda razıdır ki, tələbkarda olan uşağınnın atasının o olması məhkəmə qaydasında müəyyən edilsin. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı borclunun tələbin könüllü icrası haqqında 20 dekabr 2024-cü il tarixli bildirişin surətinin rəsmi şəkildə almasına dair icra məmuru tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş və icra işində də belə bir sübutun olduğu müəyyən edilməmişdir. Həmin bildirişdən aydın olur ki, icra məmuru tərəfindən icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmişdir. Bundan başqa borclu icra məmurunun çağırışlarından da yayınmamışdır. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun qanuni tələbinə əməl etməməsinə dair heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 8.1-ci maddəsində göstərilir ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.[22] 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-69/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-69/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver