Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-690/2020 25.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Şikayətçi X1 iştirakları ilə, Şikayətçi X1, DİN-nin Səbail rayon DYPŞ-nin YPX inspektoru polis baş serjantı X2 tərəfindənqəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN-nin Səbail rayon DYPŞ-nin YPX inspektoru polis baş serjantı X2 tərəfindənqəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Səbail rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli TP 365174 saylı qərar qəbil edilərək onu İXM-nin 211-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokolla və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı özü, arvadı və körpə uşağı xəsarət almaqla stasionar müalicə almaq üçün həkimə getmək zərurəti yaranmış və həmin tarixdə, yəni xx xxx 2020-ci il tarixdə 3 saatlıq SMS vasitəsilə icazə almaqla taksi maşını ilə xəstəxanaya getmişlər. Bu barədə ona məxsus telefonda icazə barədə SMS-də mövcuddur. Nəzərdə tutulan müddətdə də evə qayıtmışdır. Belə ki, o xx xxx 2020-ci il tarixdə heç bir epidemiya ələyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmamış və hansı əsasla onun barəsidə protokol tərtib edilməsi aydın deyildir. Bu barədə müvafıq qaydada müraciət edərkən ona bildirmişlər ki, guya o avtobusla hərəkət edərkən onu avtobusdan düşürmüşlər və protokol tərtib edilmişdir. Bütün bunlar tamamilə yalandır. O, həmin müddətdə xəstə olmaqla avtobusdan istifadə etməmiş və onların qeyd etdikləri istiqamətdə hərəkət etməmişdir. Hesab edir ki, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə onun təqsiri sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası DİN Səbail rayon DYPS Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli TP 365174 saylı qərar ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq DİN-nin Səbail rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, tərəfin izahatını araşdıraraq hesab edir ki, X3 barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli, TP 365174 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X1 məhkəməyə təqdim etdiyi SMS çıxarışından aydın olur ki, ona xx xxx 2020-ci il tarixdə saat 10:31 başlayaraq üç saat müddətində yaşayış yerini tərtk etməyə icazə verilmişdir. İş materiallarında olan sənədlərdən isə aydın olur ki, onun barəsində xx xxx 2020-ci il tarixdə saat 14:22-də “Salyan yolu ərazisində” epidemiya əleyhinə rejiminin, sanitariyagigiyena və karantin ejimlərinin tələblərini pozması ilə əlaqədar protokol tərtib edilərək qərar qəbul edilmişdir. Göründüyü kimi SMS müddətinin bitməsindən təxminən əlli dəqiqə sonra vətəndaşın yaşadığı ünvan istiqamətində saxlanılaraq protokol tərtib edilmişdir. Təkrarən sorğu verilməsinə baxmayaraq Səbail RPİ-nin DYPŞ-si tərəfindən məhkəməyə qeyd olunan qərarın üəbul edilməsinə əsas olmuş protokol və digər sənədlər, o cümlədən barəsində protokol tərtib edilmiş şəxsin izahatı məhkəməyə təqdim edilməmişdir. İşdə olan qərarda isə şəxsin törətdiyi pozuntunun necə, harda və hansı şəraitdə törətməsinə dair heç bir qeydlər aparılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, inzibati iş üzrə bütün şübhəli hallar inzibati məsuliyyətə cəlb olunmuş şəxsin xeyrinə həll edilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, barəsində inzibati protokol tərtib edilən X1 inzibati araşdırmanın aparılması üçün Səbail RPİ-nə rəsmi qaydada dəvət olunmasına və izahatının alınmasına dair heç bir sübut aşkar edilməmişdir. Azərbaycn Respublikası İXM-nin 211-ci maddəsində göstərilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarıın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 İXM-in 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx xxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-690/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-690/2020
25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver