Məhkəmə qərarları › İş №3(002)-693/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-693/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-693/2020 27.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, “xxxxxxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “xxxxxxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş xx xxx 2020-ci il tarixli, 00100-0651/20 saylı protokoldan və iş materiallarından aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxx” MMC tərəfindən **********9345 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş 3000 ədəd “Aminocard 30” nişanlı və 3000 ədəd “Vinorm 30” nişanlı qida əlavələri yüklərinin müvəqqəti saxlanc müddətinin bitdiyi, lakin “xxxxxxxx” MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsinin və ya digər gömrük proseduru altında yerləşdirilməsinin həyata keçirilmədiyi məlum olmuşdur. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar “xxxxxxxx” MMC-nin qanuni təmsilçisi olan Azərbaycan Respublikasının vətəndaşı X1 xx.xx.2020-ci il tarixində izahatı alınmış, o, öz izahatında nümayəndəsi olduğu MMC-nin balansında maddı vəsait olmaması səbəbinə görə “xxxxxxxx” MMC tərəfindən **********9345 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin sərbəst dövriyyə buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsinin təmin edilmədiyini bildirmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixində **********9345 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş 3000 ədəd “Aminocard 30” nişanlı və 3000 ədəd “Vinorm 30” nişanlı qida əlavələri yüklərinə İpək Yolu gömrük terminalının 6 saylı anbarında tərəfimizdən baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulması, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi inzibati xəta tərkibi yaradır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta törətmiş hüquqi şəxs “xxxxxxxx” MMC-nin nümayəndəsi və Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta törətmiş hüquqi şəxs “xxxxxxxx” MMC-nin nümayəndəsinin və Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar