Məhkəmə qərarları › İş №3(002)-694/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-694/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-694/2022 16.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 30 mart 1985-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsi, ünvansız fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 15 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 30 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 20 may 2022-ci il tarixdə, saat 10:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Access Bankın” yaxınlığında birlikdə işlədiyi X3 məxsus 469 manat dəyərində “Samsung Galaxy A 12” markalı mobil telefonu oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 20 may 2022-ci il tarixdə, saat 10:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Access Bankın” yaxınlığında birlikdə işlədiyi X3 məxsus “Samsung Galaxy A 12” markalı mobil telefonu danışmaq adı ilə ondan alaraq oğurlamış və 120 manata satmışdır. Bununla da zərərçəkənə müvafiq olaraq 469 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 öz izahatında bildirmişdir ki, 20 may 2022-ci il tarixdə, saat 10:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Access Bankın” yaxınlığında birlikdə fəhlə işlədiyi Şəxs ona yaxınlaşaraq telefonla danışmaq istədiyini bildirmiş, o da özünə məxsus “Samsung Galaxy A 12” markalı mobil telefonu ona vermişdir. Bundan yarım saat sonra Ümidin telefonu qaytarmadığını görüb 102 xidmətinə zəng vuraraq telefonun oğurlandığını bildirmişdir. O, “Samsung Galaxy A 12” markalı mobil telefonu kreditlə aldığını və ümumilikdə ona 469 manat məbləğində ziyan dəydini bildirmişdir. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 20 may 2022-ci il tarixdə, saat 10:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Access Bankın” yaxınlığında birlikdə fəhlə işlədiyi X3 yaxınlaşaraq telefonla danışmaq istədiyini bildirmiş, “Samsung Galaxy A 12” markalı mobil telefonu ondan alaraq kənara çəkilmiş, daha sonra isə “Kontakt Home” mağazasına kredit borcu olduğu üçün həmin mobil telefonu 120 manata sataraq kredit bocunu ödəmişdir. O, əməlindən peşiman olduğunu və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 15 iyun 2022-ci il saat 17:00-dan hesablansın, həbsin sonu 15 iyul 2022-ci il saat 17:00 müəyyən edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, inzibati xəta nəticəsində ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar