Məhkəmə qərarları › İş №3(002)-696/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-696/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-696/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 27 fevral 2024-cü il tarixdə, saat 21:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində Yol Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Qeyd edilənlərə əsasən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X3 bildirmişdir ki, 27 fevral 2024-cü il tarixdə, saat 21:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində Əhədov X2 markalı, 99BZ152 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən led işıqlardan istifadə etdiyi üçün Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı sürücünün kustar üsulla quraşdırılmış avadanlıqlardan istifadə etdiyi müəyyən edilmişdir. Sürücüyə nasazlığın aradan qaldırmasını, aradan qaldırmazsa avtomobilin duracağa yerləşdiriləcəyi bildirilmişdir. Sürücü nasazlığı aradan qaldıra bilmədiyi üçün Yol Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Qeyd olunanlarla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində avtomobili ilə hərəkətdə olan zaman led işıqlardan istifadə etdiyi üçün Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yol Patrul Xidməti əməkdaşları avtomobilin duracağa yerləşdiriləcəyini bildirən zaman əsəblərini cilovlaya bilməyib, özündən asılı olmayaraq polislərə qarşı hörmətsizlik etmişdir. Törətdiyi əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan protokoldan görünür ki, Şəxs 27 fevral 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport və iş materialları ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs törətdiyi əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq, ona cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar