Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-697/2024 28.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci PB-nın rəisi X5 tərəfindən qəbul edilmiş 05 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı rayonu, Xırmanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-in Qaradağ RPİ-nin 11-ci PB-nın rəisi X5 tərəfindən qəbul edilmiş 05 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi X5 05 aprel 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edərək İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi qeyd edilməklə 2000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qerar ləgv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradag RPİ-nın 11-ci PB tərəfindən tərtib edilmiş protokolda və həmin protokol əsasında qəbul edilmiş qərarda qeyd edilir ki, o, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmuşdur. Bildirmişdir ki, o heç bir özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmamışdır. Barəsində tərtib edilmiş protokol tam əsassızdır. Bunu sübut edən heç bir şahid və ya fakt yoxdur. Eyni zamanda onun özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olması barədə Səhiyyə Nazirliyi araşdırma aparmalı və bu faktın araşdırılması polis idarəsinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 43.1-ci maddesində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı terefinden həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vezifeli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tenbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.6 bəndində qeyd edilir ki, həmin Məcəllənin 210, 21, 215.1, 2154, 213-1, 216-218 219 (qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan müəssisələrin, onların buraxılış komplekslərinin, binalarımın, qurğularının layihələndirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması halları istisna olmaqla), 225.1 (qidaların tərkibinə doping vasitələri əlavə etməklə onların saxtalaşdırılması və ya satılması halları istisna olmaqla), 265, 428.4 (bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsi halları istisna olmaqla) 428.4-1 və 452-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında bildirmişdir ki, özü stamotoloq olmaqla 2023-cü ilin yanvar ayında Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində stamotoloji kabinet açmaq qərarına gəlmişdir. Lakin Səhiyyə Nazirliyindən müvafiq lisenziyanı ala bilmədiyindən həmin stomotolji kabineti bağlamışdır. Bundan bir müddət sonra, yəni 05 aprel 2023-cü il tarixdə barəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Lakin nə protokol, nə də qərarın qəbul edilməsindən məlumatlı olmamış, protkol onun iştirakı olmadan tərtib edilmişdir. O təsadüfən barəsində protokol qəbul edilməsini öyrənmiş, dərhal DİN-in 102 xidmətinə zəng etmişdir. Bundan sonra həmin qərar qeydiyyatda olduğu Masallı rayonuna göndərilmişdir. Yalnız 15 fevral 2024-cü il tarixdə həmin qərarı 11-ci Polis Bölməsindən əldə edə bilmişdir. Qeyd etmişdir ki, lisenziya olmadan hər hansı özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmamışdır. O öz izahatında əlavə olaraq bildirmişdir ki, barəsində qəbul edilmiş qərarın tarixi protokolda yazılmış tarixlə eyni olmadığından şikayət ərizəsində qərarın tarixini səhvən 04 may 2023cü il kimi göstərmişdir. Odur ki, bunu nəzərə alınmaqla şikayətin təmin edilməsini, 05 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin 11-ci PB-na təkrarən rəsmi qaydada məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati material məhkəməyə təqdim edilməmiş və və nümayəndənin iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ RPİ-nin 11-ci PB-nın rəisi X5 tərəfindən qəbul edilmiş 05 aprel (04 may) 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şikayət ərizəsinə əlavə edilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nın sahə inspektoru, X4 tərəfindən qəbul edilmiş 05 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir: “Qəsəbə, küçə, xx.xx.2023, Səhər (saat 6-12), Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.” Şikayət ərizəsinə əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nın rəisi X5 tərəfindən qəbul edilmiş 05 aprel (04 may) 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarda isə müyyən etdi hissədə heç bir şey göstərilməyərək qərara aldı hissədə X2 İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilməsi göstərilmişdir. Beləliklə nə inzibati xəta haqqında protokolda, nə də ki, inzibati tənbehvermə haqqında qərarda qanunverilciyin tələblərinə əməl edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Göründüyü kimi X3 barəsində tərtib edilmiş protokol və barəsində qəbul edilmiş qərar qanunvericliyin tələblərinə uyğun tərtib edilmədiyindən şəxsin yuxarıda qeyd olunan inzbati xətanı törətməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi ilə bağlı qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə şikayətin dəlillərini təkzib edəcək hər hansı bir sübut da təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-cu maddəsində göstərilir ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ RPİ-nin 11-ci PB-nın rəisi X5 tərəfindən tərtib edilmiş 05 aprel 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsindən aydın olur ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1 28, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair Qaradağ RPİ-nin 11-ci PB-nın 05 aprel (04 may) 2023-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-697/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-697/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver