Məhkəmə qərarları › İş №3(002)-698/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-698/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-698/2020 19.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X2, müdafiəçi- Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Ermənistan Respublikası , Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Ucar rayonu, D.Qorqud yaşayış məhəlləsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ölkə ərazisində koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində Şəxs idarə etdiyi ** BF *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə üzü Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olarkən Qaradağ rayonu, Ələt qəsəbəsində quraşdırılmış xüsusi karantin postunda yoxlama növbəsində polis əməkdaşının saxla göstərişinə əməl etməyib avtomobilinin hərəkətini davam etmişdir. Bundan sonra o, Yol Potrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq tədbir görülməsi üçün ərazi üzrə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. PB-də Şəxs saxlanılma səbəbi izah olunmaqla izahatı alınmışdır. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 -ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirmişlər. Həmçinin verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs barəsində tutma haqqında protokol tərtib edilməsə də, o məhkəməyə gətirilənədək xx.xx.2020-ci il saat 02:00-dən Qaradağ RPİ-nin 11-ci PB-nin MSY-də saxlanılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Ucar rayonu, D.Qorqud yaşayış məhəlləsində ailə üzvləri ilə birlikdə yaşayır. **-BF-*** nömrə nişanlı sərnişin avtobusunu etibarnamə əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə axşam vaxtlarında Ucar rayonundan 15 sərnişini avtobusa əyləşdirib Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Gecə saat 00:30 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsində quraşdırılmış xüsusi karantin postunda yoxlama növbəsində tıxac olduğu üçün idarə etdiyi avtobusu polisin göstərişinə əməl etməyib orada xüsusi buraxılışına icazə verilən 1-ci yolla hərəkətini davam etdirərək Bakı şəhəri istiqamətinə doğru hərəkət etmişdir. Bir qədər üzü şəhərə doğru hərəkət etdikdən sonra Yol Potrul Xidmətinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərzisində yerləşən 719 saylı stasionar postunun yaxınlığında saxlanılaraq müvafiq tədbir görülməsi üçün ərazi üzrə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. Həmçinin izahatında bildirmişdir ki, məhkəməyə gətirilənədək yəni xx.xx.2020-ci il saat 02:00 radələrindən Qaradağ RPİ-nin 11-ci PB-də saxlanılmışdır. Hazırda əməlindən çox peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 02:00dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 06 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 02:00dan hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 06 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar