Məhkəmə qərarları › İş №3(002)-698/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-698/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-698/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Dağlıq Şirvan regional şöbəsinin 15 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X6 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Dağlıq Şirvan regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 15 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy yanında DƏMX-nin Dağlıq Şirvan regional şöbəsinin rəisi X8 15 fevral 2024-cü il tarixli MN ******* saylıqərar qəbul edilərək İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyim qeyd edilməklə 4000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib edilmiş qərarda qeyd edilir ki, onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən fiziki şəxslərin hər hansı işləri yerinə yetirilməsinə cəlb edilmişdir. Bildirmişdir ki, o, vəzifəli şəxs deyil, onun adına heç vaxt VÖEN olmamış, hazırda da yoxdur və sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. O özü fəhlə işləyir, iş çox olanda günǝmuzd olaraq özünə köməyə fəhlə çağırır. Onun vəzifəli şəxs kimi cərimə edildiyi əsassız və qanunsuzdur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsində vəzifəli şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin maddədən də görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün isə VÖEN tələb olduğu halda onda ümumiyyətlə olmamışdır. Qeyd olunan maddədə fiziki şəxslər üçün də cərimə nəzərdə tutulmuşdur. Əgər fiziki şəxs kimi cərimə nəzərdə tutulmasaydı bu qeyd olunan maddənin sanksiyasında göstərilməzdi. Heç bir sahibkarlıq fəaliyyəti müəyyən edilmədən ona vəzifəli şəxs kimi cərimə tətbiq edilməsi tam əsasız və qanunsuzdur. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyət daşınması nəzərdə tutulur. İşin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə onun təqsiri sübuta yetirilməmişdir. Ona görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Yuxarıda qeyd etdiklərini və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Dağlıq Şirvan regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 15 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 öz izahatında verdiyi şikayəti müdafiə edərək hər hansı bir inzibati xəta törətmədiyini, evli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində üç azyaşlı uşağı olmaqla hal-hazırda heç bir fəaliyyətlə məşğul olmamaqla heç bir qazanca malik olmadığını bildirmiş, məhkəməyə əlavə ərizə verərək şikayətinin təmin olunmasını, bu baş vermədiyi təqdirdə isə maddi durumunun ağır olmasının nəzərə almaqla minimum həddə cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X16 öz izahatında bildirmişdir ki, Şamaxı rayon Prokurorluğundan DƏMX-nin Dağlıq Şirvan regional şöbəsinə təqdim edilmiş sənədlər əsasında X6 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqvailəsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı aşkar edilmiş və X6 barəsində 15 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vəzifəli şəxs qismində İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə şikayət etmişdir. Məhkəmənin nəzərinizə çatdırmışdır ki, X1 rayon Prokurorluğundan DƏMX-nin Dağlıq Şirvan regional şöbəsinə verdiyi izahatında törətdiyi əməli etiraf edərək X3 və digər beş nəfəri əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini bildirmişdir. Hal-hazırda da şikayət vermiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilən faktı təkzib etməmiş və bunun əsası ola biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 və digər beş nəfəri işlərin görülməsinə cəlb etməklə konstitusion hüququ olan əmək müqaviləsi bağlanması hüququnu da pozmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini və X14 Xidmətinin 15 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiç 15 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və iş materiallarından aydın olur ki, X6 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 və digər beş nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin və nümayəndənin izahatlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Dağlıq Şirvan regional şöbəsinin 15 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməklə X2 İXM-nin 192.1-ci maddəsi üzrə aşağı həddə, yəni 3000 (üç min) manat miqdarında cərimələnməsi daha qanuni, əsaslı və ədalətlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şamaxı rayon prokurorunun 20 fevral 2024cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarına əsasən;

1. xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan (işə götürən, vəzifəli şəxs) X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması.

2. Qərarın surətinin X4 göndərilməklə hüquq və vəzifələri izah olunması.

3. Qərarın toplanmış materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi qərara lınmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, “aparılmış araşdırma zamanı X6 izahatında göstərmişdir ki, tanışı X13 təxminən oktyabr ayında Şamaxı rayonu Nağaraxana kəndi ərazisində otel tikiləcəyini ona bildirmiş və həmin otelin təmirini həyata keçirtmək üçün usta tapmağını ondan xahiş etmişdir. Namik tərəfindən tikilməkdə olan otelin layihəsi ona şifahi qaydada izah edildikdən sonra o həmin işi görə bilən şəxs kimi əvvəldən tanıdığı Ağamir Baloğlanovla əlaqə saxlamış və sonuncu həmin işlərin görülməsi üçün 23000 manat müqabilində şifahi qaydada razılaşmışdır. Bundan sonra Ağamir Baloğlanov, Fazil Bandaliyev, Qəribağa Baloğlanov, Cəlal Nuriyev, Ruslan Məmmədov və Heybət Hacatov tamir-tikinti işlərinə başlamışlar. Həmin şəxslər tərəfindən görülmüş işlərə görə pul Namik Əliyev tərəfindən hissə-hissə ona verilmiş, o da pulu Ağamir Baloğlanova vermişdir. Onun tərəfindən Ağamir Baloğlanov və işi görən digər adıçəkilən şəxslərə 10870 manat məbləğində pul verilmişdir. Lakin müxtəlif səbəblərdən Ağamir Baloğlanov və digər şəxslər tərəfindən tikinti işləri tamamlanmışdır. Həmin şəxslərə görülmüş işin pulu, yəni 10870 manat Namik Əliyev tərəfindən onun vasitəsi ilə nağd formada əlbəǝl və plastik kart hesabına göndərməklə verilmişdir. Aparılmış araşdırma zamanı X9 izahatında göstərmişdir ki, Şamaxı rayonunun Pirqulu adlanan ərazisində əmək müqaviləsi olmadan işləmiş və gördüyü işə görə ona verilməli olan pulun verilməməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna onlayn müraciəti etmişdir. 2023-cü ilin sentyabr-oktyabr aylarında o X6 ilə Şamaxı rayonu ərazisində, Pirqulu yolu kimi tanınan və Nağaraxana-Avaxıl kəndləri arasında yerləşən asfalt yolun kənarında, Dövlət Vergi Xidmətinin tədris binasının yaxınlığında tikilməkdə olan otelin inşasını həyata keçirmək barədə razılaşmışdır. Seymurla 23000 manat müqabilində haqqın ödənilməsini razılaşmışdır. Onunla Seymur arasında əmək müqaviləsi, podrat müqaviləsi və ya digər müqavilə bağlanılmadan o, Fazil Bəndəliyev, Qəribağa Baloğlanov, Cəlal Nuriyev, Ruslan Məmmədov, Heybət Hacatov təmir-tikinti işlərinə başlamışlar. İşə başladıqdan sonra Seymur ona hissə- hissə pul vermişdir. O Seymurdan işin görülməsinə görə ümumilikdə 10870 manat pulu nağd formada almışdır. İşin görülməsi zamanı danışdıqları məbləğ tam verilməmişdir. Ümumi olaraq Seymur təxminən 6000 manat məbləğindəki borcunu verməmişdir. İş üzrə izahatı alınmış X5 və X10 öz izahatlarında X9 ilə eyni məzmunlu izahatlar vermişlər. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə baxışı zaman şikayətçi X2 etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair də hər hansı bir mötəbər hallar aşkar edilməmişdir. Lakin məhkəmə şikayət vermiş şəxsin şəxsiyyətini, onun ailə vəziyyətini və maddi durumunu, həmçinin onun məhkəmə iclasının gedişində şikayət təmin olunmadığı təqdirdə maddi vəziyyəti ilə əlaqədar olaraq aşağı həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı xahişini nəzərə alıb onun barəsində aşağı həddə yəni, 3000 manat məbləğində cərimə edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X2 şikayəti qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Dağlıq Şirvan Regional şöbəsinin 15 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X6 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar