Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-70/2025 08.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Qaradağ rayonu, “Abşeron” Logistika Mərkəzində polis əməkdaşlarının tələblərinə tabe olmamış, onlara nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X5 protokolu müdafiə edərək bildirdi ki, 07 yanvar 2025-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Qaradağ rayonu, “Abşeron” Logistika Mərkəzində polis əməkdaşlarının tələblərinə tabe olmamış, onlara nalayiq ifadələr işlətmişdir. Bununla bağlı sonuncu barəsində polis nəfərinin raportu əsasında inzibati xətaya dair protokol tərtib olunmuşdur. Əlavə olaraq, o, raportda qeyd olunan hadisəni təsdiq edəcək sübutlar təqdim edilmədiyindən, həmçinin polis nəfəri ilə barışıq əldə etməsi səbəbindən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 12 ildir Azərbaycan Respublikasına gedib –gəldiyindən Azərbaycan dilini sərbəst başa düşür, bu səbəbdən tərcüməçiyə ehtiyacı yoxdur. Həmin tarixdə özünə məxsus avtomobil ilə “Abşeron” Logistika Mərkəzinə gəlmişdir. O, maşını mərkəzin duracağında saxlayaraq şam yeməyi yemək üçün yaxınlıqdakı kafeyə getmiş, orada spirtli içki qəbul etmişdir. Bundan sonra avtomobilinə yaxınlaşmaq üçün duracağa girmək istədikdə mühafizəçi tərəfindən həmin mərkəzin həyətinə onun girişinə icazə verilməmişdir. O, niyə girişinə icazə olmadığını soruşduqda mühafizəçi ona sərxoş olması səbəbindən icazə verilmədiyini bildirmişdir. Buna cavab olaraq avtomobilini mərkəzin duracağında saxladığını və avtomobilində gecələcəyini bildirmişdir. Polis əməkdaşı ona qəti şəkildə girişə icazə verilmədiyi və əks halda polis əməkdaşlarının əraziyə dəvət ediləcəyini bildirmişdir. Daha sonra hər ikisi arasında sözlə mübahisə yaranmış, hadisə yerinə polis əməkdaşları cəlb edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, heç bir halda polis əməkdaşına qarşı tabesizlik etməmiş, polis işçilərinə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmiş, əksinə özü könüllü şəkildə polis əməkdaşlarının xidməti avtomobilinə əyləşmişdir. O, hadisə anında polis əməkdaşına heç bir zərbə vurmamışdır. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ Rayon Mühafizə İdarəsinin polis nəfəri, X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Abşeron” Logistika Mərkəzində postda xidmət apararkən təxminən axşam radələrində bir nəfər şəxsin içkili halda mərkəzin ərazisinə daxil olmaq istədiyini görüb ona yaxınlaşaraq içkili halda oraya giriş etməsinin qadağan olduğunu bildirmişdir. Lakin, həmin şəxs “maşınım oradadır və mən keçəcəm” deyərək hərəkətinə davam etmişdir. Bir daha həmin şəxsə belə vəziyyətdə girişin qadağan olduğu bildirilmiş, lakin o, aqressivləşərək qanuni tələbə tabe olmamışdır. Yenidən o. taksi vasitəsilə mərkəzin ərazisinə daxil olmağa cəhd göstərmiş və tərəfindən növbəti cəhdin qarşısı alınmışdır. Daha sonra hadisə yerinə 10-cu PŞ-nin əməkdaşları çağırılmış və həmin şəxsi patrul maşınına əyləşdirib 10-cu polis bölməsinə gətirmişlər. Onu kənarlaşdıran zaman Şəxs nalayiq ifadələr işlətmiş, ona əl-qol atmışdır. Həmçinin bildirmişdir ki, “Abşeron” Logistika Mərkəzinin ərazisində təhlükəsizlik kameraları mövcud olsa da, hazırki iclasda görüntüləri, eyni zamanda hadisənin şahidlərini təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X4 çıxışında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını, onun təqsirliliyi sübut edilmədiyini nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati qaydada tutma haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Abşeron” Logistika Mərkəzində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir k, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs polis işçilərinə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmişdir. Bundan əlavə, həmin ərazidə təhlükəsizlik kameralarının mövcud olmasına baxmayaraq, Şəxs polis əməkdaşlarına qarşı müqavimət göstərməsini və ya tabesizlik etməsini sübut edəcək heç bir videogörüntü, həmçinin hadisənin şahidləri məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə şahid kimi təqdim olunuş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən bilavasitə tabesizliyə məruz qalması barədə raport yazmış polis əməkdaşıdır. Həmin polis əməkdaşının üzləşdiyi vəziyyəti təsdiq edəcək videogörüntü və ya digər şəxs təqdim edilmədiyindən məhkəmə onun qeyd etdiklərini qərəzsiz və mötəbər sübut kimi qiymətləndirmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən polis əməkdaşına qarşı qanunsuz hərəkətə və ifadələrə yol verilməsi sübuta yetirilməmişdir. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510cu maddələri ilə nəzərdə tutulan inzibati xəta üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə, iş üzrə icraata xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-70/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-70/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver