Məhkəmə qərarları › İş №3(002)-700/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-700/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-700/2020 19.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis leytenantı x8, Zərərçəkmiş şəxs x3, Müdafiəçi 10 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x5 iştirakları ilə, 01 avqust 1979-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmuş, Şirvan şəhəri, x13 küçəsi, ev 17 A, mənzil 17 ünvanında qeydiyyatda olan x10 barəsində İXM-nin 227-ci maddəsi ilə Bakı şəhər Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, x10 23 mart 2020-ci il tarixdə x6 aldadaraq 120 manat dəyərində pul əskinazını alaraq ona qarşı dələduzluq etmişdir. Buna görədə onun barəsində 19 iyun 2020-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Həmin materialdan göründüyü kimi x5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 19 iyun 2020-ci il tarixdə MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Protokol 02.04.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, x1 Nizami Şahin oğlunu aldadaraq 120 manat dəyərində pul əskinazını alaraq ona qarşı dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin sahə inspektoru polis leytenantı x11 protokolu müdafiə edərək bildirmişdir ki, x10 23 mart 2020-ci il tarixdə x6 aldadaraq 120 manat dəyərində pul əskinazını alaraq ona qarşı dələduzluq etmişdir. İnzibati xəta törətmiş şəxs x7 dəymiş ziyanın ödənilməsi üçün şərait yaradılsada hazırda onun tərəfindən dəymiş zərər ödənilməmiş qalmış və zərərçəkmiş şəxs x9 inzibati xəta törətmiş şəxs x4 şikayətçidir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs x9 öz izahatında ona dəymiş ziyanın ödənilməsini tələb edir. x9 ona dəymiş ziyanı ödəmədiyi təqdirdə barəsindi inzibati qaydada həbs növündə tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan x10 izahatında yuxarıda qeyd olunan dələduzluq onun tərəfindən törədildiyini və vurduğu ziyanı hazırda ödəyə bilməsədə, qısa müddətdə ödəyəcəyini bildirmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, x5 törətdiyi dələduzluq əməli iş materilalları ilə və işdə iştirak edən şəxslərin izahatları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə x5 inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, x10 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. x5 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən iki iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 12 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. x10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin.

2. Həbs müddətinin əvvəli 19 iyun 2020-ci il saat 17:30-dan hesablansın və inzibati həbsin sonu 19 iyul 2020-ci il saat 17:30 müəyyən edilsin. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-ci PB-nə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar