Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-700/2021 08.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Tələbkar “xxxx” ASC-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə himayəsində üç azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4, borclu Şəxsnın barəsində 08 may 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-1592/2018 saylı, 14 may 2018-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1592/2018 saylı, 14 may 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 11 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə 11155,98 manat əsas borc, 426,87 manat faiz borcu, 30 manat cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 11642,85 manat alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Bu günədək borclu heç bir ödəniş etməmiş və hazırda borculunun tələbkara 11642,85 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Bütün bu halları və tələbkarın da borcludan şikayətçi olmasını nəzərə alaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, borclu müxtəlif vaxtlarda müxtəlif iş yerlərində işə qəbul olunmuş, borcu üçün maaşına tutulma yönəltmə olduğunu bilən kimi işlədiyi iş yerindən əmək müqaviləsinə xitam vermiş, buna görə də borclunun maaşına tutulma tətbiq oluna bilməmişdir, borclu hal-hazırda da ödəniş etmək iqtidarında deyildir. Məhkəmə iclasında iştirak edən tələbkar “xxxx” ASC-nin nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, bu günədək borclu heç bir ödəniş etməmiş və hazırda borculunun tələbkara 11642,85 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Bütün bu halları və borcludan şikayətçi olduqlarını nəzərə alaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır. Lakin mövcud karantin rejimi ilə əlaqədar iş yerlərində daimi qala bilməmiş, tez-tez iş yerini dəyişmiş, yəni pandemiya ilə bağlı ixtisara düşmüşdür. O cümlədən 1997-ci ildən 2018-ci ilə qədər “xxxx” MMCdə, 2019-cu ilin iyun ayından 2019-cu ilin dekabr ayına qədər Bakı Gəmiqayırma zavodunda, 11 iyun 2020-ci ildən 16 iyun 2020-ci il tarixədək “xxxx” MMC-də,08 iyul 2020-ci ildən 13 avqust 2020-ci il tarixədək “xxxx” MMC-də, 19 avqust 2020-ci ildən 05 mart 2021-ci il tarixədək “xxxx” MMC-də işləmişdir. Hal-hazırda isə rəsmi iş yeri olmamaqla məhkəmə iclasında da hər hansı bir ödəniş etmək iqtidarında deyildir. Yaxın dövrdə həyat yoldaşı və bir övladı korona virus xəstəliyinə düçar olduğu üçün onların ev şəraitində müalicəsinə xeyli pul xərcləmiş, buna görə də borcundan ödəniş edə bilməmişdir. Yaxın vaxtda yeni iş yeri ilə əmək müqaviləsi bağlayacaq və işə başladıqdan sonra borcundan hissə-hissə ödənişlər etməyə hazırdır. Onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, ailə vəziyyətini və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Ödədiyi məbləğlərlə bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 08 may 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmamasını nəzərə alaraq barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-700/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-700/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver