Məhkəmə qərarları › İş №3(002)-700/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-700/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-700/2024 04.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektorları, polis baş leytenantı X1, polis kapitanı X3 və polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1978-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Sabirabad kəndi ünvanında qeydiyyatda olmaqla Salyan rayonu, Qaraçala kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 03 mart 2024-cü il tarixdə, saat 04:00 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 15 saylı tibb müəssisəsində tibb işçilərinin və 10-cu PŞ-nin inzibati ərazisində və polis əməkdaşlarının iş rejimini pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 04 mart 2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis baş leytenantı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 03 mart 2024-cü il tarixdə, saat 03:55 radələrində 15 saylı X9 Stansiyasında həkim işləyən Məmmədova soyadlı şəxs DİN-in 102 xidmətinə zəng edərək bir nəfər şəxsin içkili vəziyyətdə həkimlərin iş rejimini pozduğunu və onları nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Bununla bağlı əməliyyat qrupu hadisə yerinə çıxmış və həmin şəxs müəyyən edilərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində də həmin şəxs öz hərəkətlərinə məhəl qoymayaraq növbətçi hissənin və əməliyyat qrupunun iş rejimini pozmuş, şöbədə müvəqqəti saxlama yerinin qapısı təpikləmiş, bütün şəxsi heyəti nalayiq ifadələrlə təhqir etmiş, polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Həmin şəxs, yəni Şəxs həkim müayinəsindən keçirilmiş və onun orta dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. Odur ki, yuxarıda göstərilənlərin nəzərə alınaraq vətəndaş Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X6 öz izahatında göstərmişdir ki, vətəndaş Şəxs 02 mart 2024-cü il taixdə, günorta saatlarında 10-cu PŞ-ya gələrək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar vətəndaşın yaşını, həçinin içkili olmasını nəzərə alaraq barəsində hər hansı tədbir görməmişlər. Növbəti gün, yəni 03 mart 2024-cü il tarixdə, saat 03:55 radələrində 10-cu PŞ-ya DİN-in 102 xidmətindən daxil olmuş məlumatda bir nəfər şəxsin içkili vəziyyətdə 15 saylı X9 Stansiyasının iş rejimini pozduğunu və tibb işçilərini nalayiq ifadələrlə təhqir etdiyi bildirilmişdir. Bununla bağlı o və polis baş leytenantı X5 hadisə yerinə çıxmış və həmin şəxs müəyyən edərək polis şöbəsinə gətirmişlər. Bölmədə də həmin şəxs 10-cu PŞ-nın şəxsi heyətini nalayiq ifadələrlə təhqir etmiş, polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5 öz izahatında Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X3 verdiyini izahatı təsdiq edərək eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, hal-hazırda Salyan rayonunun, Qaraçala kəndində yaşamaqla Qaradağ rayonunun ərazisində yerləşən daş karxanalarında fəhləlik etməklə dolanır. 02 mart 2024-cü il taixdə, günorta saatlarında 10-cu PŞ-nın yaxınlığında yeləşən kafeyə qəlyənaltı etmək üçün getmiş, kafedə spirtli içki qəbul etmişdir. Daha sonra polis əməkdaşları ondan su istəmiş o da onlara su alıb vermişdir. Növbəti gün gecə saatlarında başı ağrıdığı üçün 15 saylı X9 Stansiyasına yaxınlaşmış, ona tibbi yardım göstərilməsini xahiş etmişdir. O içkili olduğu üçün həkimlərin iş rejimini pozmuşdur. Polis əməkdaşları hadisə yerinə yaxınlaşmış və onu 10-cu PŞ-ya gətimişlər. O içkili olduğu üçün 10-cu PŞnın iş fəaliyyətini də pozmuşur. Hal-hazırda törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati materiala əlavə edilmiş 03 mart 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 03 mart 2024-cü il tarixdə saat 04:00-da tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair” 03 mart 2024-cü il tarixli, 2/11825 nömrəli protokoldan aydın olur ki, Şəxs həmin gün saat 04:30-da müayinədən keçirilərkən onda orta dərəcə alkoqol sərxoşluğu halı müəyyən edilmişdir Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar