Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-701/2020 19.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis leytenantı X3, Zərərçəkmiş şəxs X1, Müdafiəçi 10 saylı vəkil bürosunun vəkili Vəkil, Şəxs barədə Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə X2 aldadaraq 120 manat dəyərində pul əskinazını alaraq ona qarşı dələduzluq etmişdir. Buna görədə onun barəsində xx xxxx 2020-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin sahə inspektoru polis leytenantı X6 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə X2 aldadaraq 120 manat dəyərində pul əskinazını alaraq ona qarşı dələduzluq etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs dəymiş ziyanın ödənilməsi üçün şərait yaradılsada hazırda onun tərəfindən dəymiş zərər ödənilməmiş qalmış və zərərçəkmiş şəxs X4 inzibati xəta törətmiş şəxs Şəxs şikayətçidir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, Şəxs dediyinə görə hazırda o, İİ qrup əlildir. Lakin Şəxs İİ qrup əlil olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 öz izahatında ona dəymiş ziyanın ödənilməsini tələb edir. X5 tərəfindən ona dəymiş ziyanı ödəmədiyi təqdirdə barəsindi inzibati qaydada həbs növündə tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında yuxarıda qeyd olunan dələduzluq onun tərəfindən törədildiyini və vurduğu ziyanı hazırda ödəyə bilməsədə, qısa müddətdə ödəyəcəyini bildirmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hazırda o İİ qrup müddətsiz əlil olmaqla 130 manat məbləğində təqaüd alır. Hacıqabul rayon Dövlət X8 qeydiyyatındadır. Lakin əlilliyini təsdiq edən sənəd hazırda üzərində olmadığından məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir. İnzibati araşdırma zamanı da polis ondan bu barədə heçnə soruşmamışdır. Məhkəmə izahatları dinləyinb hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nə qaytarılmalıdır. Belə ki, izahatlardan aydın olur ki, inzibati xəta törətmiş şəxs Şəxs müddətsiz olmaqla İİ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tədbiri 2-ci qrup əlillərə tətbiq edilə bilməz. Həmçinin, həmin Məcəllənin 30-cu maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tədbiri də 2-ci qrup əlillərə tətbiq edilə bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda gösətrilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-701/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-701/2020
19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver