Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-702/2024 19.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 Baş Dövlət Yol Polis İdarəsinin EQ 18102062 saylı, 17 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 18102062 saylı, 17 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 18102062 saylı, 17 noyabr 2023-cü il tarixli qərarla o Azərbaycan Respublikası İXM-nin 328.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil. Belə ki, “Hyundai Santafe” markalı **-ZC-*** dövlət nömrə nişanlı avtomobil dostu Sabir Əliyevə məxsusdur. Sabir Əliyev ona avtomobilini idarə etmək üçün etibarnamə vermişdir.Lakin inzibati xəta hadisəsi baş verən zaman, yəni 17 noyabr 2023-ci il tarixdə o qeyd edlən avtomobili idarə etməmişdir.Sadəcə idarəetmə hüququ ilə bağlı sonuncu etibarnamə ona verildiyindən qərar onun barəsində qəbul edilmişdir.Lakin 17 noyabr 2023-ci il tarixdə avtomobili onun sahibi Sabir Əliyev idarə etmişdir. Baş Dövlət Yol Polis İdarəsinə cərimənin avtomobilin sürücusünün adına yönləndirilməsi ilə bağlı müraciə etmiş, 04 ay sonra ona mart ayında rədd cavabı verilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 18102062 saylı, 17 noyabr 2023-cü il tarixli saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinə uyğun izahat verərək, inzibati qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 bildirmişdir ki, “Hyundai Santafe” markalı **-ZC-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və 17 noyabr 2023-cü il tarixdə avtomobili o idarə etmişdir. Qeyd edilən cərimənin onun adına yönləndirilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Baş Dövlət Yol Polis İdarəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan BA223744 saylı qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Santafe” markalı, **-ZC-*** dövlət nömrə nişanlı avtomobil X1 məxsusdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, mübahisələndirilən qərar ləğv edilməli və iş yenidən baxılması üçün qərar qəbul etmiş səlahiyyətli orqana geri göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olub-olmaması şəxsin iştirakı ilə araşdırılmadan X2 adına **-ZC-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi üçün verilmiş etibarnamə olması əsas götürülərək müvafiq qərar qəbul olunmuşdur. Bundan başqa X4 tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə ünvanlandırılmış ərizə ilə bağlı ətraflı araşdırma aparılmamış, avtomobilin sahibi araşdırmaya dəvət edilməmiş və müraciətdə qeyd edilmiş hallarla bağlı onun izahatı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, EQ 18102062 saylı, 17 noyabr 2023-cü il tarixli qərarın qəbul edilməsi zamanı inzibati qanunvericiliyin tələbləri pozulduğundan qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 18102062 saylı, 17 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 18102062 saylı, 17 noyabr 2023-cü il tarixli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Polis Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-702/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-702/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver