Məhkəmə qərarları › İş №3(002)-703/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-703/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-703/2024 05.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə halhazırda heç bir yerdə işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Umbakı qəsəbəsi, H.Aslanov küçəsi, ev 18 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5, borclu Şəxs barəsində protokol tərtib edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-948/2022 saylı, 01 iyun 2022-ci il tarixli icra vərəqəsini və Qaradağ rayon Məhkəməsinin 2(002)-329/2016 saylı, 15 yanvar 2016-cı il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 izahat verərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-329/2016 saylı, 15 yanvar 2016-cı il tarixli məhkəmə əmrinə əsasən xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs və 17 mart 1988-ci il tarixdə Salyan rayonu, Həsənli kəndində anadan olmuş, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olan X1 müştərək qaydada Bakı şəhəri, X8 küçəsi, 134 C ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə 3211 manat əsas borc, 263,7 manat faiz borcu olmaqla ümumilikdə 3474,7 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. 17 fevral 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrası haqında bildirişlə borclu Şəxs göndərilmişdir. Şəxs banka olan borcundan bu günədək heç bir ödəniş etməmişdir. Bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(003)-948/2022 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 26 mart 2016-cı il təvəllüdlü X3 və 23 dekabr 2019-cu il təvəllüdlü X6 nikah pozulduqdan sonra anası iddiaçı X4 yanında saxlanılması, 26 mart 2016-cı il təvəllüdlü X3 və 23 dekabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 yanvar 2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hər uşağa görə hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 23 iyun 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(003)- 948/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclu ilk vaxtlarda icra sənədi üzrə müvafiq ödənişlər etmədiyindən barəsində izibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Lakin Qaradağ rayon Məhkəməsinin 3(002)-1497/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarına əsasən borclunun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Bundan sonra borclu 03 fevral 2023-cü il tarixdən "xxxx" MMC-də işləməyə başlamış və onun aldığı əmək haqının yetmiş faizi alimentə yönəldilmişdir. Lakin 01 iyun 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Borclu bu günədək 5508 manat aliment borcundan cəmi 1200 manat ödəmiş, 4308 manat aliment borcu hal-hazıradək qalmaqdadır. Bundan başqa borclu çağırışlardan yayındığına görə barəsində “mülki axtarış” işi açılmış və bu gün, yəni 05 mart 2024-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nın əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. İcra məmuru daha sonra öz izahatında tələbkarın uzaqda olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin onunla telefon danışığı zamanı borcunun tam ödənilməsini tələb etdiyini, bu baş vermədikdə isə borclu barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etmişdir ki, icra vərəqələrindən məlumatı vardır. 03 fevral 2023-cü il tarixdən "xxxx" MMC-də işləməyə başlamış və MMC-də işlədiyi altı ay ərzində onun aldığı əmək haqının hər ay yetmiş faizi alimentə yönəldilməklə hər ay 210 manat aliment borcundan ödəniş etmiş, lakin hər ay 110 manat borcu qalıq qalmışdır. Lakin 01 iyun 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Barəsində mülki axtarış işi açıldığından iş tapmaqda və nəticədə aliment borclarını ödəməkdə çətinlik çəkir. Lakin maddi imkanı zəif olsa da bir neçə gün qabaq tələbkara 200 manat ödəniş etmişdir. O icra məmurunun çağıırşlarına gəlməməyinin səbəbi kimi xəstə olmasını, həmçinin rayonda olmasını göstərmişdir. Hal-hazırda aliment borcundan ödəniş etmək üçün heç bir imkanı olmadığını, lakin barəsində axtarış işi açıldığından iş tapmaqda çətinlik çəkdiyini, bu məhdudiyyət aradan qaldırıldıqdan sonra iş tapıb işləyəcəyini və aliment borcundan kifayət qədər ödənişlər edəcəyini bildirmişdir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 05 mart 2024-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnamələri icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borc ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən saat 18:20-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar