Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-704/2024 06.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(071)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli 2(071)-72/2018 saylı və xx.xx.2023-cü il tarixli 2(071)-561/2023 saylı icra sənədlərinə əsasən ümumilikdə 10878 manat məbləğində aliment borcu ödənilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X12 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(071)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli 2(071)-72/2018 saylı və xx.xx.2023-cü il tarixli 2(071)-561/2023 saylı icra sənədlərinə əsasən ümumilikdə 10878 manat məbləğində aliment borcu ödənilməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan əlavə borclu barəsində əvvəllər də analoji inzibati xətanın törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə baxışı zamanı barəsində həbs növündə inzibati tənbeh tədbiri seçilmişdir. Borclu aliment borcunun ödənişini hissəli həyata keçirəcəyini öhdəsinə götürsə də sonuncu ödənişini xx.xx.2019-cu il tarixdə etmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmiş və məhkəmənin qərarı ilə ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, rəsmi iş yeri yoxdur, lakin şəxsi sürücü kimi işləyir. Alimenti ödəməmə səbəbi uzun müddət işsiz olması ilə əlaqədar olmuşdur. Hazırda valideyninin dəstəyi ilə maddi ehtiyacları qarşılanır. Hazırki iş yerində mart ayının 15-də ona əmək haqqı ödəniləcəyi nəzərə alaraq, aliment ödənişini də həmin vaxt həyata keçirəcəyinə öhdəsinə götürür. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saat 10:00-da icra şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, əlilliyi olmayan şəxsdir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 öz izahatında bildirmişdir ki, borclu qərəzli şəkildə aliment borcundan yayınır. Yığılmış aliment borcunun tamamilə ödənilməsini tələb edir, əks təqdirdə borclu barəsində sərt cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X10 çıxışında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs maddi imkanı olmadığından ödənişləri edə bilməmişdir. Hazırkı iş yerində əmək haqqını aldığı gün aliment borcunu ödəyəcəyini nəzərə alaraq, ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(071)-72/2018 saylı icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən hesablanmaqla, xx.xx.2014-cü il təvəllüdlü X4, yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(071)- 72/2018 saylı icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4, yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071)-561/2023 saylı icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4, yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. İş materiallarında olan Hacıqabul Rayon İcra şöbəsinin xx.xx.2018-ci il, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(071)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli 2(071)-72/2018 saylı və xx.xx.2023-cü il tarixli 2(071)-561/2023 saylı icra sənədləri üzrə icraata başlanılmışdır. İş materiallarında olan Hacıqabul Rayon İcra şöbəsinin xx.xx.2018-ci il, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli könüllü icra barədə bildirişlərdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxsa xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(002)-23/2019 saylı qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(002)-574/2021 saylı qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(071)- 72/2018 saylı, xx.xx.2018-ci il tarixli 2(071)-72/2018 saylı və xx.xx.2023-cü il tarixli 2(071)- 561/2023 saylı icra sənədlərinə əsasən ümumilikdə 10878 manat məbləğində aliment borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq məktubundan görünür ki, icra sənədinin icra olunmasına və əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair Şəxs məlumatlandırılmış və imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(002)-74/2021 saylı qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(071)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli 2(071)-72/2018 saylı və xx.xx.2023-cü il tarixli 2(071)-561/2023 saylı icra sənədlərinə əsasən ümumilikdə 10878 manat məbləğində yığılmış aliment borcu tutularaq iddiaçı X6 ödənilməlidir. Buna baxmayaraq, borclu icranı tam olaraq təmin etməkdən boyun qaçırmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə iş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin iş üzrə icraata xitam verilməsi haqqında qərarından sonra, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu barəsində dəfələrlə anoloji inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək məhkəməyə tədim olunmuş, barəsində inzibati həbs tənbeh tədbiri seçilmiş, ölkədən getmək hüququ məhdudlaşdırılmış, dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclunun həyata keçirmiş olduğu ödənişlər yığılmış borcun cüzi hissəsini təşkil etmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 10:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 10:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-704/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-704/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver