Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-705/2020 27.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində İXM-nin 499.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-0544/20 saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan xx xxxxxx 2016cı il tarixdə **********0116 sorğu nömrəli, **********0117 sorğu nömrəli, **********0119 sorğu nömrəli, **********0121 sorğu nömrəli, **********0122 sorğu nömrəli, **********0123 sorğu nömrəli, **********0125 sorğu nömrəli, **********0126 sorğu nömrəli, **********0128 sorğu nömrəli, **********0129 sorğu nömrəli, **********0130 sorğu nömrəli Gömrük bəyannamələri ilə bəyan edilməklə “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirmiş, xx xxxxxx 2016-cı il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” (əvvəlki adı-“Sınıq Körpü”) gömrük postundan keçirməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına müvəqqəti aparılmış ümumi gömrük dəyəri milli valyutaya nisbətdə 110187 manat 20 qəpik təşkil edən 68000 ABŞ dolları dəyərində 1700 m2 sahədə, 84050 kq çəkidə konteyner evlər prefabrik (demonted, hissə və aksamları ilə birlikdə) yükünü xx/xx/020176 nömrəli xx.xx.2017-ci il tarixli və xx/xx/019632 nömrəli xx.xx.2018-ci il tarixli müvəqəti ixrac müddətinin uzadılmasına dari müraciətləri əsasında öhdəlik götürdüyü xx xxxxxx 2019-cu il tarixədək qaytarılmalı, yaxud başqa gömrük prosedurunda yerləşdirilməli olduğu halda, Azərbaycan Respublikası gömrük ərazisinə qaytarılmamışdır. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin və Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1, 3.2-ci maddələrinə əsasən çüvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Göründüyü kimi qüvvədə olan gömrük qanunvericiliyində bir qayda olaraq 3 ildən artıq müddətə malların müvəqqəti ixrac prosedurunda qalma müddəti nəzərdə tutulmamışdır. Habelə, qanunvericilik idxalatçının üzərinə malların təkrar idxal edilməsi vəzifəsi qoymaqla malların ölkə ərazisinə qaytarılması məqsədi daşıyır. Tənzilməyici normalardan ibarət qeyd olunan müddəaların tələblərinə riayət edilmədiyi halda isə mövcud ictimai münasibətlərin qorunması məqsədi ilə inzibati xətalar qanunvericiliyində məsuliyyət müəyyən edilmişdir. Toplanılmış materiallardan göründüyü kimi hüquqi şəxs "Şəxs" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən istinad olunan Gömrük bəyannamələri üzrə malların öhdəlik müddəti ərzində nəinki Azərbaycan Respublikasına geri qaytarılması təmin edilməmiş, habelə araşdırma dövründə və Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən həmin ölkənin qanunvericiliyinə uyğun müvafiq tədbir görülməsinə baxmayaraq yenidən malların qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək,inzibati xətanın bilavasitə obyekti olanümumi gömrük dəyəri milli valyutaya nisbətdə 110187 manat 20 qəpik təşkil edən (68000 ABŞ dolları) dəyərində 1700 m2 sahədə, 84050 kq çəkidə konteyner evlər prefabrik (demonted, hissə və aksamları ilə birlikdə) yükləri dövlət nəfinə müsadirə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-705/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-705/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver