Məhkəmə qərarları › İş №3(002)-708/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-708/2020

22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-708/2020 22.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis kapitabı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şamaxı şəhəri, Şıxzərli kəndində qeydiyyatda olan Şəxs, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, X3 xx xxxx 2020-ci il tarixdə sərxoş vəziyyətdə polis əməkdaşlarına tabesizlik göstərərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis kapitabı X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə 11-ci PB-nin inzibati binasına sərxoş vəziyyətdə gələrək orada səbəbsiz yerə polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmiş və PB-nin normal iş prinsipini pozaraq səs-küy salmışdır. Daha sonra isə onu sakitləşdirməyə çalışsalarda, o, polis əməkdaşlarına tabesizlik göstərərək polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə xx xxxx 2020-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə evdə yeyib-içərkən qardaşı ilə aralarında münaqişə yaranmış və qardaşı polisə zəng etmişdir. Daha sonra isə polis əməkdaşları gələrək onu polis bölməsinə dəvət etmişlər, o isə içkili olduğundan polis əməkdşalarına qarşı tabesizlik göstərmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hazırda o İİ qrup müddətsiz əlilldir və təqaüd alır. Lakin əlilliyini təsdiq edən sənəd hazırda üzərində olmadığından məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir. İnzibati araşdırma zamanı da polis ondan bu barədə heçnə soruşmamışdır. İş materiallarına əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair xx xxxx 2020-ci il tarixli 2/4298 saylı protokoldan aydın olur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:00 radələrində müayinədən keçirilərkən onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə izahatları dinləyinb hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nə qaytarılmalıdır. Belə ki, izahatlardan aydın olur ki, inzibati xəta törətmiş şəxs Şəxs müddətsiz olmaqla İİ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində göstərilir ki, Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tədbiri 2-ci qrup əlillərə tətbiq edilə bilməz. Həmçinin, həmin Məcəllənin 30-cu maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tədbiri də 2-ci qrup əlillərə tətbiq edilə bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda gösətrilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis kapitabı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar