Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-708/2024 27.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin 04 fevral 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin 04 fevral 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Hacıqabul rayon məhkəməsinə göndərilməlidir. Belə ki, X1 19 mart 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək halhazırda Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşadığından, inzibati materialın aidiyyəti üzrə həmin rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq,məhkəmə qəraraaldı: X1 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin 04 fevral 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilsin Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-708/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-708/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver