Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-709/2020 22.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu Sirab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski ev 5, mənzil 9-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı-Qazax yolunun 65-ci km-də karantin postunda YPX-nin əməkdaşlarına qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 protokola uyğun çıxış edib izahatında bildirmişdir ki, Baş DYP-nin YPXA-nın əməkdaşları xx.xx.2020-ci il tarixdə, saat 21:30 radələrində Bakı-Qazax yolunun 65-ci km-də Bakı istiqamətində karantin postunda xidmət apararkən, bir nəfər şəxs sərxoş vəxiyyətdə əməkdaşların qanuni tələbinə tabe olmayaraq sənədlərini təqdim etməkdən imtina edib onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra əməkdaşlar onu nizam-intizama dəvət etsələr də o öz qanunsuz hərəktələrini davam etdirmiş və nəticədə əməkdaşlar tərəfindən həmin şəxs ərazi üzrə 11-ci PB-nə gətirilmişdir. Polis Şöbəsində saxlanılan şəxsin xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Şəxs olduğu müəyyən olunmuşdur. Rüfət Rəhimov içkili olduğu üçün sərxoşluğunun müəyyən edilməsindən ötürü tibbi müayinə edilmiş və müəyyən olunmuşdur ki, o, orta dərəcəli sərxoşdur. Bundan sonra o ayıldıqdan sonra izahatı alınmış və əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş DYP-nin YPXA-nın 6-cı tağımının YPX-nin inspektoru baş serjant X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdəBakı-Qazax yolunun 65-ci km-də Bakı istiqamətində karantin postunda xidmət apararkən təxminən saat 21:30 radələrində yoxlama növbəsinə Hyundai Elantra markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomaşın daxil olmuşdur. Polis əməkdaşları tərəfindən yoxlama aparılarkən sürücü və sərnişinin sənətlərini yoxlanılması üçün təqdim etmələri xahiş edilmişdir. Həmin vaxt avtomobilin sürücüsü sənədlərini təqdim etsə də avtomobildə sərnişin qismində əyləşən şəxs tələb olunan sənədləri təqdim etməkdən imtina edib, avtomobildən düşərək sərxoş vəziyyətdə yüksək səslə qışqıraraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyüb, ictimai asayişi kobudcasına pozaraq cəmiyyəti özünə cəlb edib qışqırmışdır. Vətəndaşı sakit olmağa dəvət etsələr də o, onların qanuni tələblərinə məhəl qoymayıb öz hərəkətlərinə davam etmişdir. Bundan sonra həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün ərazi üzrə Qaradağ RPİ-nin 11-ci PB-nə təhvil vermişlər. PB-də müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ünvan 1ənzil 9 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə Tovuz rayonundan Bakı şəhərinə qayıdarkən Ələt qəsəbəsində qurulmuş karantin postunda saat təxminən 22:00 radələrində karantin postunda yoxlama aparılarkən polis əməkdaşları onun Bakı şəhərinə daxil olmaq üçün icazəsinin olub-olmadığını araşdırmaq məqsədilə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi təklif etsələr də, həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün özündə olmadığından polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, sənədləri təqdim etməkdən imtina edib, onlara qarşı nalayiq ifadələr işlədərək mübahisə etmişdir. Bundan sonra polis işçiləri tərəfindən saxlanılaraq ərazi üzrə Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə aparılmışdır. Hazırda əməlindən çox peşmandır, polis əməkdaşlarından üzr istəyir və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli inzibati xəta törətmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 01.00-da Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 tərəfindən inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi orta dərəcədə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, protokol tərtib etmiş şəxsin və şahidin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, məsuliyyeti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxx 2020-ci il, saat 01:00-dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 01:00dan hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-709/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-709/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver