Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-71/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 24 avqust 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 15 iyul 2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən tabeliyində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, 24 avqust 2020-ci il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “HUNDAİ SONATA” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin İTÜ inspektoru polis leytinantı Rəşad Əliyev tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “HUNDAİ SONATA” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir; Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 15 iyul 2020-ci il tarixdə hüquqi şəxs tərəfindən imza edilməklə poçt vasitəsi ilə qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 22 iyul 2020-ci il tarixli 065-266589 nömrəli məktubundan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti balansında olan “HUNDAİ SONATA” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün törətdiyi qayda pozuntusu barədə tərəflərindən hüquqi şəxsə ünvanlanmış sorğuya vaxtında cavab verilmədiyinə görə səlahiyyətli orqan tərəfindən hüquqi şəxs barəsində inzibati icraat başlanmışdır.Göstərilən səbəbdən də 03.08.2020-ci il tarixədək səlahiyyətli nümayəndənin Səbail RPİ-nə gəlməsi xahiş olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən sorğu ilə səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş müddətdə “HUNDAİ SONATA” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməsi tələb edilmiş, 15 iyul 2020-ci il tarixdə hüquqi şəxs tərəfindən imza edilməklə poçt vasitəsi ilə qəbul edilsə də, göndərilmiş sorğuya cavab verməyə səy belə göstərilməyərək laqeydlik göstərilmiş və səhlənkar yanaşılmışdır. Bununla da Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-71/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-71/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver