Məhkəmə qərarları › İş №3(002)-71/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-71/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-71/2022 27.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* saylı 18 avqust 2021-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 25 aprel 2021-ci il tarixli EQ ******* saylı protokol üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs tərtib olunmuş protokolla razılaşmayaraq bildirmişdir ki, o, “Zaz 110307 minik” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2013-cü ildə etibarnamə əsasında satmış və həmin vaxtdan da avtomobil onun faktiki sahibliyindən çıxmışdır. Sonradan avtomobili satdığı adam ona problemlər yaratdığı üçün etibarnaməni ləğv etdirmiş və 2019-cu ildən həmin avtomobil axtarışa verilmişdir. Dəfələrlə Baş Dövlət Yol Polisi İdarəsinə bu haqda məlumat verərək etibarnamənin ləğv edildiyini, avtomobilin qanunsuz olaraq idarə edildiyini və əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılması haqqında şikayətlər etsə də, halhazıradək həmin avtomobil müəyyən edilərək saxlanılmamış və barəsində əsassız protokollar tərtib edilmişdir. Buna görə də barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Şəxs izahatını, onun məhkəməyə təqdim etdiyi sənədləri və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs məhkəməyə təqdim etdiyi Baş Dövlət Yol Polisi İdarəsinin və Qaradağ RPİ-nin vətəndaş Şəxs ünvanladığı 02 avqust 2021-ci il tarixli 016-45102A-4221 nömrəli, 03 avqust 2021-ci il tarixli 01677172A-4221 nömrəli, 16 avqust 2021-ci il tarixli 01688665/2A-4221 nömrəli, 26.08.2021-ci il tarixli 016-77172/2A-4221 nömrəli, 25 oktyabr 2021-ci il tarixli 069-88665A-4221 nömrəli və digər məktublardan aydın olur ki, qeyd olunan nəqliyyat vasitəsinə dair Şəxs tərəfindən verilmiş etibarnamə ləğv edilmiş, həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuş, bununla bağlı DİN-in BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmış və nəqliyyat vasitəsinin saxlanılması üçün tədbirlər davam etdirilir. Göründüyü kimi “Zaz 110307 minik” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs tərəfindən idarə olunmamaqla həmin avtomaşınla törədilən inzibati xətaların ona heç bir aidiyyatı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbindən aydın olur ki, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar