Məhkəmə qərarları › İş №3(002)-711/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-711/2020

22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-711/2020 22.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Cəfərli Hafiz Abdurahman oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs x7 iştirakları ilə, 18.04.1985-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində anadan olmuş, ali təhsilli, subay, işləməyən, ünvan 1 mənzil 39 ünvanında qeydiyyatda olan x7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 22.06.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-4320/2015 saylı, 29 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən x5 və x2 müştərək qaydada əsas borc üzrə 2600,78 manat, faiz borcu üzrə 701,50 manat, 85 manat məbləğində cərimə, ödənilmiş dövlət rüsumundan 26.10 manat, cəmi 3413 manat 38 qəpik tutularaq “xxxxxxxxxx” ASC-nin hesabına ödənilməsi qət edilmiş, habelə Qaradağ rayon Məhkəməsinin 2(002)-1549/2015 saylı, 19 may 2015-ci il tarixli icra sənədinə əsasən cavabdehlər x5 və x4 müştərək qaydada 24 fevral 2014-cü il tarixli **********04259 saylı kredit müqaviləsinə əsasən 2335 manat əsas borc, 330,98 manat faiz borcu, 229,28 manat cərimə pulu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 2925,26 manat tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxx” MMC x1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu x7 ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınmaz əmlak müəyyən edilməmişdir. Borcludan 22.06.2020-ci il tarixdə izahat alınmış, borclu izahatında icra sənədindən xəbərdar olmadığından, habelə ağır əməliyyat keçirdiyindən xəstə olduğundan öhdəliyini icra edə bilmədiyini, öhdəliyinin icrasından yayınmadığını bildirmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru x6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclunun yerinin müəyyən olunmaması icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməməsinə mane olduğundan, tərəfindən x7 barəsində axtarış elan edilmiş və qərarın sürəti icra olunması üçün Qaradağ RPİ-nə göndərilmişdir. Borclu bu gün polis əməkdaşları tərəhindən şöbəyə təhvil verilmişdir. Borclunun izahatı alınmış və o, izahatında icra sənədindən xəbərdar olmadığından, habelə ağır əməliyyat keçirdiyindən xəstə olduğundan öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Borclu x9 tərəfindən icra sənədi üzrə borcundan heç bir ödəniş edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İcra məmuru verilmiş suala cavab olaraq bildirmişdir ki, hər iki icra sənədi üzrə borclunun tələbin könüllü icrası barədə bildirişlə 22.06.2020-ci il tarixdə tanış olduğundan,borclunun icra sənədindən xəbərdar olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x9 öz izahatında göstərmişdir ki, məhkəmənin qətnaməsindən və icra sənədindən xəbəri olmamışdır. Bu gün Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən barəsində axtarış elan olunması haqqında qərarın olmasını bilmişdir. Ona görə də, bu gün icra şöbəsinə gətirildikdən sonra icra sənədindən xəbərdar olmuşdur. Məhkəmə qərarının icrasından heç vaxt yayınmamışdır və qərarı icra etmək niyyətindədir. İcra məmurunun icra vərəqəsinin könüllü icrası ilə bağlı bildirişindən və çağırışdan məlumatsız olmuş, həmi bildirişlərlə məhz bugün tanış olduğunu bildirmişdir. Hər iki icra sənədi üzrə borcunu hissə-hissə ödəyib, məhkəmə qərarlarının icrasını təmin edəcəkdir. Gösdərdiklərini nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcraata başlama haqqında 17.12.2015-ci il tarixli qərarın surətindən görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-4320/2015 saylı, 29 oktyabr 2015-ci il tarixli qətnməsi üzrə, 30 noyabr 2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən x5 və x2 cəmi 3413,38 manat borc tutularaq “xxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Tələbkar xxxxxxxxxx ASC-nin Qaradağ rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 12.02.2020-ci il tarixli məktubun surətindən görünür ki, borclu x7 Azərbaycan Respublikasının sərhəddindən gediş-gəlişin məhdudlaşdırılmasını xahiş etmişdir. Borclunun axtarışı haqqında 20.02.2020-ci il tarixli qərarının surətindən görünür ki, borclu x9 barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın x9 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 4320/2015 saylı, 29 oktyabr 2015-ci il tarixli icra sənədi və Qaradağ rayon Məhkəməsinin 2(002)-1549/2015 saylı, 19 may 2015-ci il tarixli icra sənədiüzrə icra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildirişin və çağırış vərəqəsinin borclu x9 tərəfindən rəsmi qaydada alınmasına dair heç bir sübut icra işi materialına əlavə edilməmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı icra məmurunun verdiyi izahatından aydın olur ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş aparılan şəxsin hər iki icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişdən məlumatlı olmadığını, onun həmin bildirişlərlə məhz bugün, yəni 22.06.2020-ci il tarixdə tanış olduğunu bildirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı qeyd olunan fakt barəsində inzibati xəta haqqında iş aparılan şəxsin özü tərəfindən də təsdiq etmişdir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş aparılan şəxsin müvafiq məhkəmə qərarlarını icra etməməsinə səbəb olan hal onun həmin icra sənədləri barədə məlumatlı olmamasıdır. Bu halda, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş aparılan şəxsin müvafiq məhkəmə qərarlarını icra etməməsinə əsas olan qeyd olunan hal üzrsüz hal, habelə məhkəmə qərarını icrasından qəsədn yayınma kimi qiymətləndirilə bilməz. Bununla da, məhkəmə inzibati xəta haqqında qanunvericiliyin tələblərinin əsas götürərək, hesab edir ki, hazırki iş üzrə məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş aparılan şəxsin müvafiq icra sənədlərini üzrsüz səbəbdən, qəsdən icra etməməsi kimi hallar aşkar olunmadığından, habelə hazırki iş üzrə qeyd olunan inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri müəyyən olunmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; Beləliklə, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi və icra məmurunun qanuni tələblərinə riayət etməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu x7 icra sənədindən məlumatsız olması halı ona istinad edilən əməl üzrə onun təqsirli bilinməsini istisna etdiyindən, hazırki iş üzrə x7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar