Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-711/2024 27.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospekti, ev 43, mənzil 19 qeydiyyatda olan X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 05 avqust 2021-ci il tarixdə tərəfindən Çin Xalq Respublikasının "X6" Limited şirkətinə alınacaq mallara görə 27602.90 ABŞ dolları məbləğində valyuta vəsaiti köçürülmüşdür. Köçürülmüş vəsait əsasında 06 sentyabr 2021ci il tarixdə invoys dəyəri 27602.90 ABŞ dolları olan mallar idxal olunmuşdur (GB № **********2768). Bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsinin pozulması halı olmamışdır. Qeyd etməyi vacib bilir ki, Mərkəzi Bank tərəfindən çıxarılmış inzibati tanbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EP № ******* saylı protokolundan və inzibati tənbeh vermə haqqında 18 oktyabr 2023-cü il tarixli, EP 20141597 saylı qərardan xəbəri olmamışdır. Odur ki, 18 oktyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında bildirmişdir ki, Çin Xalq Respublikasının "X6" Limited şirkətindən alınan məişət avadanlığı 06 sentyabr 2021-ci il tarixdə ölkəyə daxil olmuş və müvafiq qaydada rəsmiləşdirilmişdir. Ona məlum olmayan səbəbdən ödənişin həyata keçirildiyi "xxxx" ASC tərəfindən müvafiq gömrük bəyannaməsi Mərkəzi Banka təqdim edilməmişdir. Odur ki, şikayətin təmin edilməsini, 18 oktyabr 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Mərkəzi Bankına rəsmi məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankınin baş direktoru X2 tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 27602.90 ABŞ dolları məbləğində vəsaiti 05 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 27602.90 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 06 avqust 2023-cü il tarixdə tödərilmişdir. Buna görə də X3 barəsində 2760.29 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı şikayət ərizəsinə əlavə edilmiş 06 sentyabr 2021-ci il tarixli gömrük bəyannaməsi araşdırılarkən müəyyən edilmişdir ki, X3 tərəfindən Çin Xalq Respublikasının "X6" Limited şirkətinə 05 avqust 2021-ci il tarixdə köçürülmüş 27602.90 ABŞ dolları məbləği müqabilində idxal edilmiş məişət əşyaları (çaydan, qazan dəsti, ləpə çəkən, bıçaq dəsti, tərəvəz doğrayan) 06 sentyabr 2021-ci il tarixdə Astara gömrük postundan keçməklə gömrük sərhədində qısa idxal bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi X3 tərəfindən yuxarıda qeyd olunan inzibati xəta hadisəsi törədilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti təmin edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP ******* saylı, 18 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1 28, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 2760.29 ABŞ dolları məbləğində cərimə edilməsinə dair Mərkəzi Bankın 18 oktyabr 2023-cü il tarixli, EP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-711/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-711/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver