Məhkəmə qərarları › İş №3(002)-712/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-712/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-712/2024 12.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 59 M, mənzil 80 V qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 12 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 21 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərardan və protokoldan aydın olur ki, Şəxs 11 fevral 2024-cü il tarixdə “Binə” TM-də X2 məxsus içərisində 120 manat pul olan pul kisəsini oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X8 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X4 11 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində DİN-in 102 xidmətinə zəng edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-nin ərazisində olarkən içərisində 120 manat pul olan pul kisəsinin oğurlandığını bildirmişdir. Qeyd olunan faktla bağlı araşdırma aparılmış, araşdırma nəticəsində həmin hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş, sonuncu polis şöbəsində izahat verərək törətdiyi əməli etiraf etmiş, lakin maddi imkanı olmadığına görə vurulmuş ziyanı ödəyə bilməyəcəyini bildirmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul edərək göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi,ev 59 M, mənzil 80 V azyaşlı oğlu ilə birlikdə yaşayır. 11 fevral 2024-cü il tarixdə “Binə” TM-də yerləşən “R.H” adlı ayaqqabı mağazasında vitrinin qırağında çanta olduğunu, həmin çantanın içərisində pul qabı olduğunu görmüşdür. Çantanın sahibinin ayaqqabılara baxmasından istifadə edərək çantadan pul qabını oğurlamışdır. Pulu götürüb pul qabını yolun kənarına tullamış və pul qabının içəriisndən götürdüyü 120 manat məbləğində pulu öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. O, əməlindən peşiman olduğunu, hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞnın baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən tərtib olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “qərara əsasən X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, naməlum şəxsin yerinin müəyyən edilməklə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibatı qaydada tədbir görulməsi üçün qəbul edilmiş qərarın surətinin Qaradağ RPİ-nin 10-cu PŞnin aidiyyatı əməkdaşlarına həvalə edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və materialın saxlanılması üçün 10-cu PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi oğurlama yolu ilə özgəsinin əmlakını talaması tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, 07 iyun 2017-ci ildə doğulmuş X5 anası Şəxsdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə heab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə; ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar