Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-715/2020 24.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Cəfərli Hafiz Abdurahman oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs x19 və onun müdafiəçisi x4 iştirakları ilə 03 mart 1988-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 mənzil 73 ünvanında qeydiyyatda olan x8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 24 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı 28.08.2018-ci il tarixli icra vərəqəsinə əsasən x20 ilə x8 birgə nikahdan 14 dekabr 2010-cu il tarixdə anadan olmuş x9, 30 iyun 2012-ci il tarixdə anadan olmuş x5 və 01 iyul 2016-cı il tarixdə anadan olmuş x10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün x6 hər ay hər bir uşağın saxlanması üçün 154 manat olmaqla ümumilikdə 462 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulsun və həmin məbləğdə alimentin tutulmasının başlanğıcı 28 avqust 2018-ci il tarixdən hesablanması, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1451/2019 saylı 05.11.2019-cu il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş “Mersedes Benz C180 minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 manat məbləğində pulun yarısı yəni 2500 manat məbləğində pul cavabdeh x6 tutularaq iddiaçı x11 ödənilməsi barədə icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru x3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edərək, əlavə olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs x14 aid iki icra sənədi mövcuddur. Bir icra sənədi üzrə hazırda 8349 manat aliment borcu var, digər icra sənədi üzrə 2500 manat məbləğində pul vəsaitinin ödənilməsi vardır. Hər iki icra sənədi bir icraatda birləşdirilmiş, bu barədə qərar qəbul edilmişdir. borclu şəxsə dəfələrlə məlumat verilməsinə, xəbərdarlıq eidlməsinə baxmayaraq, icra məmurunun çağırşı üzrə gəlməkdən boyun qaçırmış, nəticədə borclunun axtarışı elan edilmiş, müvafiq polis orqanının görüdüy tədbirlər nəticəsində onun tapılıb, onlara təhvil verilməsi mümkün olmuşdur. daha sonra onun izahatı alınmış, borclu izahatında icra sənədini icra etməməsini maddi imkanının olmamamsı və uşaqlarının tələbkar tərəfindən ona göstərilməməsi səbəbindən icar etmədiyini qeyd etmişdir. Göründüyü kimi, borclu çəxsin məhkəmə qəraraının icrasından yayınmasının qəsdən baş verməsi halı aşkardır. Axırıncı dəfə ödəniş 2019-cu ilin may ayında edilmişdir, 1600 manat məbləğində. Qeyd olunanları nəzərə alaraq, x8 barəsində inzibati tənbeh tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçinin iştirakı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan x19 izahat verərək bildirmişdir ki, müvafiq məhkəmə qəraralarından, barəsində mövcud olan icra sənədlərindən məlumatlı olduğunu, icra sənədi üzrə hazırda 8359 manat aliment borcunun, 2500 manat pulun ödəməli olduğunu, axırıncı 2000 manat ödəniş edtiyini, alkin qəbzin onda olmadığını, vəkilində olduğunu, icra sənədini icra etməkdən bopyun qaçırmadığını, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, əvvəlki nikahda 3, indiki nikahdan bir uşağının olduğunu, aylıq gəlirinin 500-550 manat olduğunu, borcunu ödəməməsinin səbəbi isə uşaqlarını ona göstərilməməi olmuşdur. Qeyd olunan halları nəzərə alınaraq, barəsində inzibati həbs olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı 28.08.2018-ci il tarixli icra vərəqəsinə əsasən x20 ilə x8 birgə nikahdan 14 dekabr 2010-cu il tarixdə anadan olmuş x9, 30 iyun 2012-ci il tarixdə anadan olmuş x5 və 01 iyul 2016-cı il tarixdə anadan olmuş x10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün x6 hər ay hər bir uşağın saxlanması üçün 154 manat olmaqla ümumilikdə 462 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulsun və həmin məbləğdə alimentin tutulmasının başlanğıcı 28 avqust 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı 05.11.2019-cu il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş “Mersedes Benz C180 minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 manat məbləğində pulun yarısı yəni 2500 manat məbləğində pul cavabdeh x6 tutularaq iddiaçı x11 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 18 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, x19 barəsində icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 13.12.2018-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, x12 hesabına 200 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 11.02.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, x12 hesabına 200 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 24.05.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, x12 hesabına 1200 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 06 12.2019-cu iltarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirlməsi haqqında qərarın məzmunundan görünür ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı 18.09.2018-ci il tarixli icra vərəqəsi ilə Qaradağ rayon Məhkəməsinin 29002)-1451/2019 saylı 05.111.2019-cu il tarixli icra vəəqəsi ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun, onunmüdafiəçisininizahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu x21 məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını tam təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Binəqədi rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı 28.08.2018-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı 05.11.2019-cu il tarixli qətnaməsiüzrə borclu x21 tərəfindən bu günədək icra sənədinin tam icra edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına səhlənkar yanaşaraq öhdəliyini tam və vaxtında icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, x21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, x17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 24 iyun 2020-ci il saat 15:10-dan hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili x4 məhkəməyə təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs x13 hüquqularının müdafiəsinə 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət –Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili x18 məhkəmə iclasında iştirak edərək ümumilikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin hüquqlarının müdafiəsinə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, x17 göstərilmiş cəmi 01(bir) saat hüquqi yardıma görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili x7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 06 (altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: x19 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 15 (on beş gün) müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x2 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 24 iyun 2020-ci il saat 15:10-dan hesablansın. x14 oğluna göstərdiyi cəmi 01 (bir) saat hüquqi yardıma görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili x7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti 06 (altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №3(002)-715/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-715/2020
24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver