Məhkəmə qərarları › İş №3(002)-715/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-715/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-715/2021 31.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Sənaye-Ticarət Assosiasiyasınin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən e t d i: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Sənaye-Ticarət Assosiasiyası Bakı şəhəri, 2021-ci ilin (aylıq) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) rəsmi statistika hesabatı, mart ayı üzrə aprel ayının 15-dək təqdim etməmişdir. Buna görə də Şəxs Sənaye-Ticarət Assosiasiyası barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə 07 may 2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sənaye-Ticarət Assosiasiyası işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiallara işdə iştirak edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Sənaye-Ticarət Assosiasiyasına 24 dekabr 2019-cu ildə və 29 aprel 2021-ci ildə xəbərdarlıq məktubu ünvanlanmış və 08 may 2021-ci il tarixdə də protokolun surəti rəsmi qaydada poçt vasitəsi ilə Şəxs Sənaye-Ticarət Assosiasiyasının hüquqi ünvanına göndərilmişdir. Lakin Şəxs Sənaye-Ticarət Assosiasiyası statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları vaxtında təqdim etməmişdir. Odur ki, Şəxs Sənaye-Ticarət Assosiasiyası barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki Şəxs Sənaye-Ticarət Assosiasiyası tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş 24 dekabr 2019-cu il tarixli məktubun surətindən və 29 aprel 2021-ci il tarixli reyestr çıxarışından aydın olur ki, Şəxs Sənaye- Ticarət Assosiasiyasına xəbərdarlıq məktubları yollanmışdır. Həmçinin 08 may 2021-ci il tarixli reyestrdən çıxarışdan və məktubun surətindən aydın olur ki, protokolun surəti rəsmi qaydada Şəxs Sənaye-Ticarət Assosiasiyasının hüquqi ünvanına göndərilmişdir. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs Sənaye- Ticarət Assosiasiyası tərəfindən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları vaxtında təqdim edilməmiş, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə tövsif olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Sənaye-Ticarət Assosiasiyası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar