Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-716/2021 18.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər DYPİ-nin Yol patrul xidməti baş inspektoru polis mayoru X1, Müdafiəçi, 10 saylı Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə 18 avqust 1995-ci il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, rəsmi qaydada işləməyən, orta təhsilli, Qobustan rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bağ evləri, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər DYPİ-nin Yol patrul xidməti baş inspektoru polis mayoru X2 tərəfindən 18 may 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 13 may 2021-ci il tarixdə saat 15:19 radələrində etibarnmə əsasında idarə etdiyi “VAZ-21074” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər DYPİ-nin Yol patrul xidməti baş inspektoru polis mayoru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayonu, Salyan şosesi, Qobustan qəsəbəsi, “Sokar” məktəbinin qarşısında 13 may 2021-ci il tarixdə saat 15:19 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə dəfə təkrarlayaraq fırlatmış və nəticədə İXM-nin 511.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Daha sonra bu hərəkətləri sosial şəbəkələrdə paylaşaraq cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələbini pozmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək öz izahatında göstərmişdir ki, 13 may 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Sokar” məktəbinin qarşısında bir neçə dəfə təkrarlayaraq fırlatmışdır. Daha sonra həmin hadisəni yanında olan dostundan videoya çəkməsini xahiş etmiş və həmin video-görüntünü sosial şəbəkələrdə paylaşmışdır. Avtomobil ustası işləməklə ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. O daha sonra öz izahatında bir daha belə əməllər törətməyəcəyinə və ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb edildiyindən ona yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi barəsində inzibati icraat aparılan şəxs Şəxs avtomobil ustası işləməklə ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə olaraq inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş elektron daşıyıcıda əks olunmuş videoçəkilişə baxış zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş qayda pozuntusunu törətməsi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, həmçinin elektron daşıyıcıda əksini tapan sözügedən qayda pozuntusunun videoçəkilişləri ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 511.1.3-cü maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşam olmasını, himayəsində iki azyaşlı uşağı olmaqla ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallat müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500(beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-716/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-716/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver