Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-717/2024 27.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin X10 X7 Hadisələri üzrə baş inspektoru, polis baş leytenantı X2 Şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ /19640557 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ /19640557 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2024-cü il tarixdə saat 06:15-də "SETRA AVTOBUS" markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsi səbəbindən 300 manat cərimə edilmişdir. Buna baxmayaraq, o, 20 fevral 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək üçün notariat qaydasında etibarnamə almışdır. Bu səbəbdən hesab edir ki, qərar əsassızdır belə ki, onun sürücülük hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsi idarə etməsi üçün ona notariat qaydada etibarnamə verilə bilməzdi. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/19640557 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək, Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ/19640557 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin X10 X7 Hadisələri üzrə baş inspektoru, polis baş leytenantı X3 çıxış edərək bildirdi ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı icra etmədiyi üçün məhkəmə qərarı ilə sürücülük hüququ məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə isə 339.1-1-ci maddəyə əsasən nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Sürücülük hüququ məhdudlaşdırıldığı halda notarius tərəfindən ona etibarnamə verilməsi ilə bağlı qeyd etmişdir ki, notariat orqanının bu məlumatları bilavasitə əldə etməsi üçün ümumiləşdirilmiş informasiya mərkəzi olmadığından baş vermişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ /19640557 saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 06:15-də "SETRA AVTOBUS" markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 50 manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. Həmin Qanunun 30-cu maddəsinin İİ bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Belə ki, məhkəmə iclası zamanı X6 tərəfindən şikayəti əsaslandırılarkən onun şikayətinin əsas mahiyyətinin sürücülük hüququ məhdudlaşdırıldığı halda ona notariat orqanı tərəfindən nəqliyyat vasitəsi idarə etməsi üçün təqdim olunmuş etibarnamənin təsdiqlənməsi barədə olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında qərardan şikayət vermiş şəxsə qanunvericiliyin tələbləri barədə müvafiq izahat verildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, X4 verdiyi şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-717/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-717/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver