Məhkəmə qərarları › İş №3(002)-718/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-718/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-718/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis polkovnik-X1 tərəfindən qəbul edilmiş 09 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X5 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis polkovnik-X1 tərəfindən qəbul edilmiş 09 mart 2024-cü il tarixli qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BDYPİ Polis Polkovnik X1 09 mart 2024-cü il tarixli qərar qəbil edilərək onu İXM-nin 339.1-1, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, 09 mart 2024-cü il tarixdə, saat 07:33-də "SETRA AVTOBUS" markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsi səbəbindən 300 manat cərimə edilmişdir. Bildirmişdir ki, həmin qərar qəbul edilərkən onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmamışdır. Belə ki, o, 20 fevral 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək üçün notariat qaydasında etibarnamə almışdır. Əgər onun sürücülük hüququ məhdudlaşdırılmış olsaydı notariat qaydasına etibarnamə ala bilməzdi və bu barədə ona bildirərdilər. Ona görə də barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar əsassızdır, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3. bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il və ya nəqliyyat vasitəsini idarə etmək hüququ ərzində təkrar törədilməsinə məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. 11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə İnzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X3 və DİN-in BDYPİ-nə təkrarən rəsmi qaydada məlumat verilsədə tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis polkovnik-X1 tərəfindən qəbul edilmiş 09 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 09 mart 2024-cü il tarixdə, saat 07:33-də idarə etdiyi "SETRA S 215 HR avtobus" markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı- Qazax yolunun 29.5-ci kilometrində, Bakı istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci və 332.3-cü maddələrinə əsasən EQ/19856632 saylı protokol üzrə 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə baxışı zaman şikayətçi X2 etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi X5 20 fevral 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnamə alarkən barəsində sürücülük hüququnun məhdudlaşdırılmasına dair qəbul edilmiş qərarlardan məlumatlı olmuşdur. Belə ki, Qaradağ rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 3(002)-178/2024 saylı inzibati tənbehvermə haqqında qərardan aydın olur ki, X5 30 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İXMnın 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətə məhdudlaşdırılmış və həmin qərarın surətini 19 fevral 2024-cü il tarixdə almışdır. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 3(002)- 176/2024 saylı inzibati tənbehvermə haqqında qərardan aydın olur ki, X5 Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. Göründüyü kimi X5 barəsində 26 fevral 2024-cü il tarixdə İXM-nin 332.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol və qərar qəbul edilərkən onun nəqliyyat vaistələrini idarə etmək hüququ artıq məhdudlaşdırılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin polis polkovnik-X1 tərəfindən qəbul edilmiş 09 mart 2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar