Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-719/2021 18.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2, müdafiəçi- Bakı şəhəri 10 saylı Vəkil Bürosnun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Zərdab rayonu, Gəlmə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXMin) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş MN ******* nömrəli 17.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 17 may 2021-ci il tarixdə saat 22:45-də Qaradağ rayonun ərazisində yerləşən 719 saylı BDYPİ postunda polis əməkdaşının qanuni tələlərinə tabesizlik etmiş bununla da, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib olunmuş protokolu müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaş Şəxs 17 may 2021ci il tarixdə saat 23:00 radələrində Qaradağ rayonun ərazisində yerləşən 719 saylı BDYPİ postunda YPX alayının 6-cı tağımının polis kapitanı Natiq Mövlayevin qanuni tələblərinə əməl etmədiyinə görə o, aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilmişdir. Şəxs əməlində İXM_nin 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün adiyyəti üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Zərdab rayonu, Gəlmə kəndində ailəsi ilə birlikdə yaşayır. 17 may 2021ci il tarixdə idarə etdiyi Hovo markalı ** MN *** dövlət qeydiyyat nişanlı maşınla İmişli rayonundan Bakı şəhərinə qum gətirdiyi vaxt Qaradağ rayonu ərazisində Baş Dövlət Yol Polis İdarəsinin 719 saylı postunda polis əməkdaşı ona saxla işarəsi vermişdir. O, avtomaşını saxlamışdır. Polis işçisi ona yaxınlaşıb özünü təqdim etmiş, ona və avtomaşına və yükə aid sənədləri tələb etmiş, o isə həmin sənədlərin onda olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı yük maşınında olan yükün çəkisini yoxlamaq məqəsdilə ondan avtomobili tərəziyə çıxarmasını tələb etmişdir. Bundan sonra o da etibarnamə əsasında idarə etdiyi yük maşının sahibi ilə əlqə saxlayıb, bu barədə ona bildirdikdən sonra maşının sahibi ona maşının tərəziyə çıxmasına etiraz etmişdir. O da polis əməkdaşına yük maşının sahibi olmadığını, sadəcə sürücü olduğunu və yük maşının sahibinin maşının tərəziyə çıxamağa etiraz etdiyini bildirmişdir. Polis əməkdaşı ona hərəkətlərinin qanunsuz olduğunu bildirsə də, həmin vaxtı əsəbi olduğu üçün polis əməkdaşının tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nə bilavasitə tabe olan YPXA YPX baş inspektoru polis kapitanı X4 izahat verərək bildirmişdir ki, 17 may 2021-ci il tarixdə saat 23:00 radələrində 719 saylı BDYPİ postunda xidmətdə olarkən yük avtomaşınında normadan artıq yük daşıyan Hovo yük markalı, ** MH *** nömrəli avtomaşın tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı sürücü Zərdab rayon sakini 1983-cü il təvəllüdlü Şəxs avtomaşına aid sənədlərini təqdim etdikdə daşıdığı qum karyerindən qablaşdırılmış naarın qum normadan artıq yükləndiyi üçün dövlət avtomobil agentliyinə məxsus çəki tərəzisinə dəvət etdikdə sürücü mobil telefonu İlə avtomaşının sahibi kimi özünü təqdim edən Ziya adlı şəxs onları hədələyərək polisin qanuni tələblərinə əməl etməmiş, avtomaşını yolun zəruri istiqamətində saxlayaraq avtomaşının açarını götürərək müdürünün maşını tərəziyə çıxartmamaqla bağlı göstərişinin olduğunu bildirərək, avtomaşından kənarlaşmışdır. Bundan sonra yük avtomaşının köməyi ilə həmin avtomaşının yükü tərəzidə müəyyənləşdirilmiş və ümumi çəkisinin 66 ton olması aşkar olunmuş, daşıdığı yük qaiməsinə və markasına aid heç bir sənəd təqdim etməmişdir. Nəticə də tərəfindən 22 ton artıq yük müəyyən olunmuşdur. Sürücü Şəxs onların xidməti fəaliyyətinə mane yaratması, digər hərəkət iştirakçılarıı normal hərəkətinə və polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiyinə görə Şəxs aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Yasər İbadova ünvanlanmış 17 may 2021-ci il tarixli raportdan görünür ki, 17 may 2021-ci il tarixdə saat 23:00 radələrində xidmətdə olarkən yük avtomaşınında normadan artıq yük daşıyan Hovo yük markalı, ** MH *** nömrəli avtomaşın tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı sürücü Zərdab rayon sakini 1983-cü il təvəllüdlü Şəxs avtomaşına aid sənədlərini təqdim etdikdə daşıdığı qum karyerindən qablaşdırılmış naarın qum normadan artıq yükləndiyi üçün dövlət avtomobil agentliyinə məxsus çəki tərəzisinə dəvət etdikdə sürücü mobil telefonu İlə avtomaşının sahibi kimi özünü təqdim edən Ziya adlı şəxs onları hədələyərək polisin qanuni tələblərinə əməl etməmiş, avtomaşını yolun zəruri istiqamətində saxlayaraq avtomaşının açarını götürərək müdürünün maşını tərəziyə çıxartmamaqla bağlı göstərişinin olduğunu bildirəərk, avtomaşından kənarlaşmışdır. Bundan sonra yük avtomaşının köməyi ilə həmin avtomaşının yükü tərəzidə müəyyənləşdirilmiş və ümumi çəkisinin 66 ton olması aşkar olunmuş, daşıdığı yük qaiməsinə və markasına aid heç bir sənəd təqdim etməmişdir. Nəticə də tərəfindən 22 ton artıq yük müəyyən olunmuşdur. Sürücü Şəxs onların xidməti fəaliyyətinə mane yaratması, digər hərəkət iştirakçılarıı normal hərəkətinə və polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiyinə görə Şəxs aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11ci Polis Bölməsinə təhvil verilmişdir. Sürücü barəsində müvafiq tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. 17 may 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Şəxs 17.05.2021-ci il tarixdə saat 23.00-da Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən inzibati qaydada tutulmuşdur. İXM-nin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin və şahidin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 17 may 2021-ci il tarixdə saat 23:00-da 719 saylı BDYPİ postunda polis əməkdaşının qanuni tələlərinə tabesizlik etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında X1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğluna İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 may 2021-ci il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Şəxs oğluna hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-719/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-719/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver