Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-72/2023 19.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Polis İdarəsi 11-ci Polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 19 yanvar 2023-cü il tarixdə Yol Patrul Xidməti alayının 719 saylı postunda xidmət aparan Yol Patrul Xidməti inspektorlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Qaradağ rayon Polis İdarəsi 11-ci Polis bölməsinin sahə inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN seriyalı ******* saylı, 19 yanvar 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Polis İdarəsi 11-ci Polis bölməsinin sahə inspektoru X2 bildirmişdir ki, Şəxs 19 yanvar 2023-cü il tarixdə Yol Patrul Xidməti alayının 719 saylı postunda xidmət aparan Yol Patrul Xidməti inspektorlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı ******* saylı, 19 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. İçkinin təsirindən olub. Şəhid ailəsidir. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı və işdə olan sənədlərlə tam təsdiq olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Məhkəmədə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq Şəxs ilk dəfə inzibati xəta törətməsi, törətdiyi əməldən peşman olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-72/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-72/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver