Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-720/2022 04.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, xx xxxxxx 1978-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 Xidmətindən daxil olmuş inzibati materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 11 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati protokoldan aydın olur ki, 11 iyun 2022-ci il tarixdə, saat 08:20 radələrində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki Lökbatan dairəsində Şəxs “Mercedes” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla sərnişin daşıma fəaliyyətini həyata keçirərəkən xidməti vəzifələrini yerinə yetirən X1 Xidmətinin əməkdaşlarına qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Bununla əlaqədar X1 Xidmətinin əməkdaşı tərəfindən 11 iyun 2022-ci il tarixdə Şəxs İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə X1 Xidmətinə və Şəxs məlumat verilməsinə baxmayaraq qeyd olunan tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta tərkibi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati protokolun X1 Xidmətinin baş məsləhətçisi tərəfindən tərtib olunması müəyyən edilsə də, onun həmin protokolu tərtib etmə səlahiyyətinə dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində göstərilir ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) ( Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində həmin Məcəllənin 346.1-ci və 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallara münasibətdə isə Bakı Nəqliyyat Agentliyi ) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi Məcəllədə hansı orqanın əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə maneə törədilməsi konkret olaraq göstərilmişdir. Bundan başqa iş materiallarında Şəxs həqiqətən də qeyd olunan inzibati xətanın törətməsinə dair hər hansı bir sübut, o cümlədən baş vermiş hadisəyə dair inzibati xəta törətməsi ehtimal edilən şəxsin izahatı, inzibati xətanın aşkar edilməsinə dair akt, inzibati xətanın törədilməsini özündə əks etdirən videogörüntü və s. mövcud deyildir. Bundan başqa iş materiallarına əlavə edilmiş yeganə sübut kimi göstərilmiş fotoşəkildən də “Mercedes” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan və həmin nəqliyyat vasitəsini idarə edən şəxsi müəyyən etmək mümkün deyildir. Bundan başqa iş materiallarından aydın olur ki, inzibati xəta haqqında protokol inzibati xəta törətməsi ehtimal olunan şəxsin iştirakı olmadan tərtib edilmiş, eləcə də ona inzibati xətaya dair araşdırmanın aparılmasının yeri və vaxtı barədə, inzibati xəta haqqında protokolun surətinin göndərilməsi barədə və qeyd olunan inzibati xəta haqqında materialın məhkəməyə göndərilməsi barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olması sübuta yetmədiyindən iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-720/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-720/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver