Məhkəmə qərarları › İş №3(002)-721/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-721/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-721/2022 04.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Fizuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fizuli rayonu, Horadiz kəndində qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 Xidmətindən daxil olmuş inzibati materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 11 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati protokoldan aydın olur ki, 11 iyun 2022-ci il tarixdə, 10:00 radələrində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Şəxs “Mercedes Sprinter” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşınla sərnişin daşıma fəaliyyəti həyata keçirərəkən xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X1 Xidmətinin əməkdaşlarına qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X1 Xidmətinin əməkdaşı tərəfindən 11 iyun 2022-ci il tarixdə Şəxs İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN ******* saylı protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilməsindən qabaq X1 Xidmətinin əməkdaşlarına lazım olan sənədləri təqdim etməkdəm imtina etməmiş, bundan başqa protokolda qeyd edildiyi kimi izahat verməkdən imtina etməmişdir. Bütün bunların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə X1 Xidmətinə məlumat verilməsinə baxmayaraq qeyd olunan tərəfdən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta tərkibi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati protokolun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 Xidmətin məsləhətçisi tərəfindən tərtib olunması müəyyən edilsə də, onun həmin protokolu tərtib etmə səlahiyyətinə dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarında Şəxs həqiqətəndə qeyd olunan inzibati xətanın törətməsinə dair hər hansı bir sübut da mövcud deyildir. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 Xidmətindən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və yuxarıda qeyd olunan xüsusuatları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkildən də “Mercedes” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan və həmin nəqliyyat vasitəsini idarə edən şəxsi müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə BDrclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar