Məhkəmə qərarları › İş №3(002)-722/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-722/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-722/2020 04.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 00100-0966/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 52917754 nömrəli vaqonla daxil olmuş 42630 kq “Flyutinq” adlı büzmə üçün kağız yükü **********3784 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə, 29090198 nömrəli vaqonla daxil olmuş 45669 kq “Kraftlayner” adlı karton yükü **********3868 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə, 29039161 nömrəli vaqonla daxil olmuş 51000 kq “Belıy layner” adlı ağ rəngli karton yükü **********3884 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə, 52463221 nömrəli vaqonla daxil olmuş 45970 kq “Kraftlayner” adlı karton yükü **********3987 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 1 (bir) il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerşdirilmişdir. Lakin, daxildə emal müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq xx.xx.2019-cu il tarixli **********3784, **********3868, **********3884, **********3987 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların daxildə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, daxildə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bildirirlər ki, **********3784 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 52980,85 manat, **********3868 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 56926,09 manat, **********3884 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 74729,14 manat, **********3987 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 57293,44 manat, ümumilikdə isə Şəxs MMC tərəfindən 4 (dörd) bəyannamə üzrə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ümumi dəyəri 241929,52 (iki yüz qırx bir min doqquz yüz iyirmi doqquz manat əlli iki qəpik) manat təşkil edir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi olmaqla səlahiyyətli nümayəndəsi X7 məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində 00100-0966/20 nömrəli, xx.xx.2020-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd olunur ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından **********3784, **********3868, **********3884, və **********987 sorğu nömrəli gömrük bəyənnamələri ilə kağız yükü 1 (bir) il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İstinad olunan protokola münasibətdə bildiririk ki, gömrük orqanının Şəxs MMC tərəfindən AR İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi barədə mövqeyi ilə razılaşmırıq. Belə ki, Şəxs (“İstehsalçı”) ilə Rusiya Federasiyasının “Qruppa İlim” şirkəti (“Sifarişçi”) arasında xx xxxxxx 2018-ci il tarixli, 18105773 saylı Emal müqaviləsi və xx.xx.2018-ci il tarixində emal müqaviləsinə əlavə №1 imzalanmışdır. Həmin müqavilənin 1.1. bındinə əsasən hazırki müqavilənin şərtləri əsasında “Sifarişçi” tapşırıq verir, İstehsalçı” isə verilmiş məhsulların emal işini görərək hazır məhsulun alınmasının yerinə yetirilməsini öhdəliyinə götürür. Sifarişçi hazır məhsulu qəbul etməyi və İstehsalçı”nın gördüyü işin müqabilində ödənişin edilməsini öhdəsinə götürür. Müqavilənin 2.1. bəndinə əsasən kontraktın predmetni təşkil edən malların ümumi emal dəyəri 1.000.000 ABŞ dolları təşkil edir (ƏDV-siz). Beləliklə göstərilən müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən Sifarişçi “Qruppa İlim” şirkəti icraçı Şəxs MMC-yə karton qutu məhsullarının emal edilməsi üçün kağız məhsullarını göndərir. Bundan sonra icraçı yəni Şəxs MMC göndərilmiş kağız məhsullarmdan sifarişçinin tapşırığına əsasən müxtəlif növlərdə karton qutuları istehsal edərək sifarişçiyə və yaxud da onun tapşırığına əsasən üçüncü şəxslərə göndərməlidir. Müqavilənin 8.1. bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 31,12.2020-ci il tarixinə qədər qüvvədədir. Göründüyü kimi gömrük orqanının hazırda protokol tərtib etdiyi məsələ ilə bağlı hüquq münasibətləri Şəxs (“İstehsalçı”) ilə Rusiya Federasiyasının “Qruppa İlim” şirkəti (“Sifarişçi”) arasında xx xxxxxx 2018-ci il tarixli, 18105773 saylı Emal müqaviləsi və ona əlavə №1 əsasında yaranmışdır. Həmin müqavilənin qüvvədə olma müddəti isə cari ilin dekabr ayında bitəcəkdir. Eyni zamanda onu da qeyd edək ki, daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş **********3784, **********3868 və **********3884 sorğu nömrəli ilə qeyd edilmiş kağız yükləri rəsmiləşdirilərək sərbəst dövrüyəyə buraxılmışdır. **********3987 sorğu nömrəli kağız yükü isə ümal müddəti yəni xx.xx.2020-ci il tarixinədək rəsçiləşdirilərək sərbəst dövriyəyə buraxılacaqdır. Halbuki son dərəcə üzürlü və obyektiv səbəblər nəzərə alındığı (müqavilənin cari ilin dekabr ayınadək qüvvədə olması, pandemiya, fors-major halları və s.) təqdirdə Şirkət tərəfindən hər hansı bir inzibati xəta sayıla biləcək əmələ yol verməmişdir. Xüsusilə vurğulamaq istəyirik ki, göstərilən anlaşılmazlıqda Şirkətin təqsiri yoxdur. Təqsir olmadığı təqdirdə isə məsuliyyətdən söhbət gedə bilməz. Belə ki, İXM-nin 497-ci maddəsinə əsasən Malların emal edilməsi qaydasınm pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Qanunun istinad olunan maddəsinin məzmunundan da görünür ki, Şirkətin həmin maddə ilə məsuliyyətə cəlb edilməsi üçün maddənin dispozisiyasında sadalanan əməllərə: malların emal edilməsi qaydasınırı pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cürmallarırı emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasıhallarına yol verməsi faktı mövcud deyil. Şirkət malların emal edilməsi qaydasını tənzimləyən qanunvericilik aktlarının pozuntusuna yol verməmişdir. Konkret hazırki halda Şirkət emal münasibəti yaradan və tənzimləyən Müqavilə tələblərinə uyğun hərəkət etmişdir. Qeyd olunan normaların məzmunundan görünür ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması üçün əməl qorunan ictimai münasibətlərə qəsd etməli, hüquqazidd olmalı, təqsirli sayılmalı və inzibati məsuliyyətə səbəb olmalıdır. Həmçinin Şirkətin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun inzibati xətaya yoi verməsi tələb olunur. Lakin sadalananların əksinə, əməldə inzibati xəta tərkibi yoxdur. Buna görə də Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 00100-0966/20 nömrəli, xx.xx.2020- cu il tarixli inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğu üçün başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. O öz izahatında əlavə olaraq qeyd olunan inzibati işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Buna görə də məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 14:30-a təyin edilməklə məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs MMC-nin qanuni təmsilçisi olmaqla səlahiyyətli nümayəndəsi X4 rəsmi bildiriş verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasınında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsinin böyül təhqiqatçısı, gömrük xidməti kapitanı X8 etirazı qəbul etməyərək izahatında göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq 2019-cu ildə ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına daxildə emal məqsədi ilə müvəqqəti olaraq karton materiallar gətirilmişdir. Həmin mallar müvafiq gömrük prosedurunda rəsmiləşdirilməzdən əvvəl təyinat gömrük orqanı-Bakı Baş Gömrük İdarəsinə buna dair icazə alınmasından ötrü müraciət edilmiş, həmin müraciətlər gömrük orqanı tərəfindən məqbul hesab edilmiş və gömrük qanunvericiliyinin tələblərinə əsasənda hasilat normasına uyğun olaraq 1 (bir) il icazə müddəti təyin edilmişdir. Belə mallardan bir hissəsi Rusiya Federasiyasından 52917754, 29090198, 29039161, 52463221 nömrəli vaqonlarla gətirilmiş, Bakı Baş Gömrük Gömrük İdarəsində **********3784, **********3868, **********3884, **********3987 sorğu nömrəli gömrük bəyannamələri ilə xx.xx.2019-cu il tarixdə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, icazə müddətinə uyğun son tarix xx xxxxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. Həmin müddət ərzində, mövcud gömrük qanunvericiliyinə görə idxalatçı hüquqi şəxs qanunun buna dair tələblərinə riayət edərək üzərinə qoyulan öhdəliklərə riayət etməli olduğu halda, bu müddət ərzində malları digər müvafiq gömrük prosedurunda yerləşdirməmiş, yaxud müddətin uzadılmasından ötrü müraciət etməmişdir. Buna görə malların emal edilməsi üzrə əməliyyatların aparılması üçün müəyyən olunmuş tələblər, məhdudiyyətlər və şərtlər yerinə yetirməmiş hesab edilir. Daxildə emal prosedurunu tənzimləyən gömrük qaydalarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin mühafizəsi altında olduğundan, həmin hüquqi şəxs barəsində qeyd olunan maddə ilə inzibati xəta haqqında icraat aparılmışdır. İcraatda iştirak edən hüquqi şəxsin qanuni təmsilçisi izahat verərək **********3784, **********3868, **********3884, **********3987 sorğu nömrəli gömrük bəyannamələrinin daxildə emal müddətinin xx.xx.2020-ci il tarixədək müddətdə təyin edildiyini qəbul edərək baş verən pozuntunun şirkətinin əvvəlki direktorunun ona işləri təhvil verərkən bu barədə məlumat verməməsi ilə izah etmişdir. Keçmiş direktorun hərəkətləri hüquqi şəxsin adından aparıldığına və qanunvericiliyə görə də direktorun hüquq pozuntusuna gətirib çıxaran hərəkətlərinin hüquqi şəxsin məsuliyyətinə səbəb ola biləcəyini, habelə gömrük orqanı qarşısında icazə almış hüquqi şəxsin öhdəlik götürdüyünə görə inzibati araşdırma zamanı əlavə sübutların toplanılmasına lüzum olmamış, mövcud sübutlar inzibati xətanın törədildiyini, hüquqi şəxsin baş verən hadisəyə aidiyyəti və təqsirliliyini müəyyən etməyə imkan verdiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmçinin, **********3784, **********3868 sorğu nömrəli gömrük bəyannamələri tərtib edilərkən idxalatçı tərəfindən təqdim edilən müqavilədə emal üçün tələb olunan müddət - 6 ay göstərilmişdir. Ancaq gömrük orqanı hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və həyata keçirilməli olduğu faktiki şəraiti, buna dair formalaşan təcrübəni nəzərə alıb müraciət ərizəsindəki müddəti nəzərə alaraq müqavilənin əlavəsindəki müddətdən artıq, yəni 1 (bir) il müddət təyin etmişdir. Şəxs MMC-nin xx/xx/000091 nömrəli xx.xx.2019-cu il tarixli ərizəsi (**********3987 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən mallara dair) əsasında Azərbaycan Respublikasına gətirilən 45970 kq karton yükünün daxildə emal məqsədi ilə müvəqqəti idxalına 1 (bir) il müddətinə icazə verilmiş, xx/xx/032687 nömrəli xx.xx.2018-ci il tarixli ərizəsi (**********3884 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən mallara dair) əsasında Azərbaycan Respublikasına gətirilən 51000 kq karton yükünün daxildə emal məqsədi ilə müvəqqəti idxalına 1 (bir) il müddətinə icazə verilmişdir. Hazırda iş materiallarında olan biridigərini tamamlayan sübutlar, onların məhkəmə tədqiqi ilə protokolda göstərilən hallar sübuta yetirildiyinə görə məhkəmədən hüquqi şəxsin təqsirli bilinməsi və ona maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməsini xahiş etmişdir. **********3784, **********3868, **********3884 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların MMC tərəfindən rəsmiləşdirilməsi məsələsinə gəldikdə isə həmin mallar **********0083 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********0648 sorğu nömrəli xx.xx.2020-ci il tarixli və **********1970 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə daxildə emal müddəti bitdikdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixindən sonra rəsmiləşdirilməsi həyata keçirilmişdir. Gömük bəyannamələrinin tarixindən də göründüyü kimi MMC tərəfindən daxildə emal müddəti pozulduqdan sonra həmin mallar digər gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir. Gömrük bəyannaməsi gömrük orqanı tərəfindən tərtib edilmir. Həmin bəyannamə bağlanmış müqavilə əsasında sifarişçi-idxalatçının sifarişi əsasında gömrük təmsilçisi (birbaşa və ya dolayı) tərəfindən tərtib edilir, gömrük bəyannaməsinin 50-ci qrafasına əsasən gömrük bəyannaməsində göstərilən məlumatlar idxalatçı tərəfindən (Şəxs MMC) təsdiq edilir və gömrük orqanına göndərilir. Gömrük bəyananməsində göstərilən məlumatların düzgünlüyünə idxalatçı məsuliyyət daşıyır.O öz izahatında əlavə olaraq bildirmişdir ki, Şəxs MMC 2020-ci il tarixdə İXM-nin 497-ci maddəsinin tələblərini pozduğuna görə barəsində Qaradağ rayon məhkəməsinə bir neçə oxşar inzibati materiallarla müraciət olunmuş və qeyd olunan şirkət inzibati məsuliyyətə cəlb olunmaqla inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsinin 34/012/004314 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən **********3784, **********3868, **********3884 və **********3987 saylı GB əsasında daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilən malların emal müddətinin başa çatmasına baxmayaraq həmin mallar halhazıradək geriyə qaytarılmamışdır. X6 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 1500000.00 AZN olan Şəxs MMC xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış və cəmiyyətin qanuni təmsilçisi X5r. Hüquqi şəxsin nümayəndəsi X7 xx.xx.2020-ci il tarixli 00100-0966/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin497-ci maddəsinə əsasən, Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin75.0-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin yazılı etirazı və təqdim etdiyi müqaviləni, müqavilənin ayrılmaz hissəsi olan əlavəni nəzərdən keçirib qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 198.1-ci maddəsinə əsasən gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Buna görə də tərəflər arasında hüquq münasibətləri yaradan hüquqi fakt-bağlanılmış müqavilənin qüvvədə olma müddətindən asılı olmayaraq həmin müqavilə əsasında daxildə emal məqsədi ilə müvəqqəti idxal edilən hər bir mal gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq 2 (iki) ildən artıq olmayan müddətdə bu prosedur altında qala bilər. Eyni zamanda, tərəflər arasında bağlanılmış hər hansı müqavilənin müddəti malların bu prosedur altında qalma müddətini şərtləndirə bilməz, belə müqavilə ancaq emalın müddətini müəyyən edə bilər. Daxildə emal proseduru altında malların qalma müddəti isə Gömrük Məcəlləsinin tələblərinə görə birbaşa gömrük orqanlarının səlahiyyətindədir və belə səlahiyyət üzrə malların həmin prosedur altında bəyan edildiyi andan idxalatçı gömrük orqanının bundan irəli gələn qanuni tələblərini yerinə yetirməyə borcludur. Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “Qruppa İlim” şirkəti arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 18105773 nömrəli emal müqaviləsi xx.xx.2018ci il tarixdən imzalanmış, müddətin bitmə tarixi xx.xx.2020-ci il tarixinə qədər müəyyən edilməklə, 2 (iki) ildən artıq müddəti ehtiva edir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin emal müddətinin buna dair bağlanılmış xx.xx.2018-ci il tarixli 18105773 nömrəli müqavilənin müddəti həddində müəyyən edilməli olduğuna dair gətirdiyi dəlillərin hüquqi əsasların olmadığı qənaətinə gəlir. Belə ki, **********3987 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki,Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasında yük avtomaşını ilə daxil olmuş 45970.00 kq “sellüloza tərkibli karton” yükü **********3987 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 1 (bir) il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin Şəxs MMC-nin məhkəməyə təqdim etdiyi **********3784, **********3868, **********3884 sorğu nömrəli gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların MMC tərəfindən rəsmiləşdirilməsi məsələsinə gəldikdə isə həmin mallar **********0083 sorğu nömrəli xx.xx.2020-ci il tarixli, **********0648 sorğu nömrəli xx.xx.2020-ci il tarixli və **********1970 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə daxildə emal müddəti bitdikdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixindən sonra rəsmiləşdirilməsi həyata keçirilmişdir. Gömük bəyannamələrinin tarixindən də göründüyü kimi MMC tərəfindən daxildə emal müddəti pozulduqdan sonra həmin mallar digər gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1ünvanında qeydiyyatda olan Şəxs MMC, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməkləinzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin (241929.52 manat) 50% (əlli faiz) miqdarında, yəni 120964.76 (yüz iyirmi min doqquz yüz altmış dörd manat yetmiş altı qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar