Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-723/2022 20.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis leytenantı X1, Zərərçəkən şəxslər X3, X4 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1969-cu ildə Ermənistan respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri, Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 10 iyun 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən aydın olur ki, Şəxs 04 iyun 2022-ci il tarixdə, saat 13:22-də sərxoş halda sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Chevrolet Cruze” minik markalı ** US *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yolun sağ tərəfində dayanmış avtomobillərə çırpmışdır. Buna görə də onun barəsində İXM-nin 327.1, 334.3-cü maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis leytenantı X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, Şəxs minik avtomobili idarə etmək hüququ olmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkən şəxs X6 öz izahatında göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə, saat təxminən 13:30 radələrində idarə etdiyi “Mercedes” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində saxlayıb kafedə yemək yeyərkən “Chevrolet” markalı avtomaşının onun avtomobilini vurmasının xəbər vermişlər. Zərbə nəticəsində onun avromaşını qarşıda dayan “Mercedes” markalı avtomaşına, həmin avtomobil isə “Opel” markalı digər bir avtomaşına dəymişdir. Hadisə vaxtı avtomaşınlarda xəsarət alan olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkən şəxs X8 öz izahatında göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə, saat təxminən 13:30 radələrində idarə etdiyi “Mercedes” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Osmanlı” kafesinin yaxınlığında saxlayıb kafedə nahar edərkən “Chevrolet” markalı avtomaşın “Mercedes” markalı avtomaşına dəymiş, zərbə nəticəsində “Mercedes” markalı avtomobil, qarşıda dayan ona məxsus “Mercedes” markalı avtomaşına, həmin avtomobil isə “Opel” markalı digər bir avtomaşına dəymişdir. Hadisə vaxtı avtomaşınlarda xəsarət alan olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkən şəxs X9 öz izahatında göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə, saat təxminən 13:30 radələrində idarə etdiyi Opel markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Osmanlı” kafesi yaxınlığında saxlayıb kafedə nahar edərkən “Chevrolet” markalı avtomaşın “Mercedes” markalı avtomaşına dəymiş, zərbə nəticəsində “Mercedes” markalı avtomobil, qarşıda dayan digər Mercedes markalı avtomaşına, həmin avtomobil isə ona məxsus Opel markalı avtomaşına dəymişdir. Hadisə vaxtı avtomaşınlarda xəsarət alan olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, 04 iyun 2022-ci il tarixdə, saat 13:30 radələrində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində hərəkətdə olarkən qarşıdan nəqliyyat vasitəsinin gəldiyini görüb avtomaşnı sağa sürmüş, nəticədə həmin vaxt yolun sağında dayanan “Mercedes” markalı avtomobillə toqquşmuşdur. Həmin avtomobil isə zərbənin təsirindən qarşıda dayanan avtomaşınlara dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Halhazırda əməlindən səmimi peşiman olmasını, ilk dəfə inzibati məsluyyətə cəlb olunmasını, yaşını və idarə etdiyi avtomobilin icbari sığortası olmaqla zərərçəkənlərə vurulmuş ziyanın sığorta tərəfindən ödəniləcəyini nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş 04 iyun 2022-ci il tarixli, 2/18484 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktdan aydın olur ki, Şəxs 04 iyun 2022-ci il tarixdə saat 15:15 radələrində müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və xətanın ilk dəfə törədilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və iş materialları ilə tam təsdiq olunur. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsini və şəxsiyyətini nəzərə alaraq ona İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cümaddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cümaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №3(002)-723/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-723/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver